Böyük Britaniya Çernobıl AES in təmiri üçün 22,5 milyon vəsait ayırıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının (AES) təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (təxminən 22,5 milyon dollar) vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Rəsmi bəyanatda bildirilir ki, ayrılan bu maliyyə dəstəyi Çernobıl AES-in qoruyucu strukturunun bağlanması və ventilyasiya sisteminin bərpası, həmçinin stansiyanın istismar müddətinin uzadılması üçün vacib olan təmir işlərinə yönəldiləcək.
Qeyd olunub ki, obyektdə korroziyanın qarşısının alınması üçün təmir işlərinin aparılması qaçılmazdır. Əks təqdirdə, mövcud vəziyyət "onilliklər boyu qoyulmuş beynəlxalq investisiyaları alt-üst edə" və ciddi uzunmüddətli ekoloji risklər yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Oktyabr 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















