Böyük Britaniyada işsizlik dörd ilin ən yüksək səviyyəsinə çatıb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada işsizlik son dörd ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsi (ONS) iyun–avqust dövrünə dair əmək bazarı göstəricilərini açıqlayıb.
Məlumata görə, həmin dövrdə işsizlik səviyyəsi 4,8% olub. Proqnoz isə bu göstəricinin 4,7% olacağı istiqamətində idi. Bu, son dörd ilin ən yüksək işsizlik səviyyəsi kimi qeydə alınıb.
Əməkhaqqı artımı zəifləyib
İşçilərin bonuslar istisna olmaqla müntəzəm maaşları illik müqayisədə 4,7%, bonuslar daxil olduqda isə 5% artıb.
İnflyasiyaya uyğunlaşdırılmış real maaş artımı isə bonuslar istisna olmaqla 0,9%, bonuslarla birlikdə isə 1,2% təşkil edib.
ONS-un İqtisadi Statistikalar Direktoru Liz MakKun işsizlikdəki artımın əsasən gənclər arasında baş verdiyini bildirib. O həmçinin qeyd edib ki, özəl sektorda maaş artımı təxminən son dörd ilin ən aşağı səviyyəsinə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!


