Icma.az
close
up
RU
Böyük ideallardan ucuz məşhurluğa

Böyük ideallardan ucuz məşhurluğa

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lalə Mehralı

Bizim bir çoxumuzun nə zamansa, bəzilərimizin elə indi də böyük idealları olub. Əksəriyyətimiz o idealları yaşatmaq, gerçəkləşdirmək üçün çalışmışıq. Canımızı dişimizə keçirmişik, gecə-gündüz bu barədə fikirləşmişik, qazancımızı bu yolda xərcləmişik, idealımız reallaşsın deyə hər çətinliyə dözmüşük. Bizim hərbi, ədəbi, mədəni, siyasi tariximiz də böyük ideallar uğrunda yaşayan, bütün ömrünü buna həsr edən ədəblərlə, siyasətçilərlə, qələm adamları, mədəniyyət xadimləri ilə zəngindir.

Bir vaxtlar insanları yaşadan amallar vardı: kimsə elm üçün ömrünü verirdi, kimsə ədalət uğrunda mübarizə aparırdı, kimsə yazdığı bir cümlənin, yaratdığı bir əsərin illər sonra insanlara mayak olacağına inanaraq yaşayırdı ömrünü. O insanlar özünü sübut etmək üçün, məşhur olmaq üçün deyil, tarixdə faydalı iz buraxmaq, bəşəriyyətə layiqli miras qoymaq üçün yaşayırdı.

İndi vəziyyət başqa cürdür. Daha insanın nə etdiyi, insanlığa hansı fayda verdiyi önəmsənilmir. Xidmətləri, xalqa, elmə, mədəniyyətə verdiyi faydalar yox, sosial şəbəkəsində onu neçə nəfərin izlədiyi önəm daşıyır. Daha dəyərin tərkibi, ölçüsü dəyişib: indi dəyər kitablarla, fikirlərlə, kəşflərlə, ixtiralarla, əməllərlə deyil, baxış sayı, bəyənmə və paylaşım rəqəmləri ilə hesablanır.

Məşhur olmaq arzusu hər insanın təbiətində var. İnsan varlığını sübut etmək, görünmək, tanınmaq, qəbul edilmək istəyir. Kimisi bunu dəyərlərindən uzaqlaşmadan da edə bilir, o məşhurluğunu elə, mədəniyyətə fayda verməklə, xalqa xidmət üçün istifadə edir. Amma təhlükə ondadır ki, bəzi insanlar tanınmaq üçün öz dəyərlərindən imtina etməyə başlayırlar. Onlar social şəbəkədə özlərinin inikasını yaradır, sonra o inika üstündə onu izləyən kütlə üçün olmayan, saxta bir obraz qururlar. Nə yediyini, nə geydiyini, harada dincəldiyini hərisliklə gözləyən kütləyə olmayan bir həyat izlədirlər.

Məşhurluq sehirli güzgüyə bənzəyir, həm də boy güzgüsünə. O güzgü insanın içində olanı böyüdür, görünməyən yanlarını da aşkara çıxarır, bütün çılpaqlığı ilə milyonlara göstərir. Əgər sənin içində dəyər, müqəddəs hesab etdiyin idealların varsa, onu daha çox insana çatdırır, sənin amallarını, ideallarını tanıyır insanlar, sən məşhurluğunla fayda vermis olursan. Yox, əgər içində boşluq varsa, o boy güzgüsü həmin boşluğu milyonların qarşısına çıxarır: heç bir amalı olmayan, dəyəri olmayan o insanlar beləcə məşhur olmadımı?

Ən acınacaqlısı isə budur ki, bir çox halda insanlar məşhurlaşdıqca istiqamətlərini, kimliklərini, şəxsiyyətlərini itirirlər. Bunu onlardan sosial şəbəkə alqoritmləri tələb edir: oynamalı, açıq-saçıq hərəkətlər nümayiş etdirməli, ədəbsiz tərkibdə paylaşımlar etməlidir ki, məşhurluğa qovuşa bilsin. Əvvəlcə bunu trendə düşə bilmək, diqqət qazanmaq üçün edirlər, amma zamanla bu davranış onların kimliyinə çevrilir. Biz sosial şəbəkədə məşhurlaşan çox nümunə görmüşük ki, əvvəl və sonrası bir-biri ilə təzad təşkil edib, məşhurlaşdıqdan sonra əvvəlki insan olmayıb. İstədiklərini əldə ediblər, hamı onları tanıyır, maddi imkanları, qazancları da normaldır, amma daha o adam deyillər. Abrı, həyanı məşhurluğa qurban vermək onların öz seçimi olub. Onlar üçün əhəmiyyətli olan yeganə amil bir paylaşımın yaratdığı səs-küy, tanınmaq və diqqət mərkəzində olmaq istəyidir.

Bəzən bunu indiki nəslin çatışmazlığı, seçimi kimi qələmə verirlər. Amma məncə bu, təkcə bir nəslin seçimi məsələsi deyil. Bu, həm də böyüklərin yaratdığı mühitin, ailənin, təhsilin, medianın və cəmiyyətin dəyərlərə münasibətinin nəticəsidir. Bizim bir çoxumuz övladımızı tərbiyə etmək məsələsində sinifdə qaldıq. Uşağa zəhmətin, dürüstlüyün, biliyin və məsuliyyətin əhəmiyyətini öyrətmədik, sonra onlardan böyük ideallar gözlədik. Özümüz uğuru yalnız pul, şöhrət və görünüşlə ölçürüksə, tərəzidə ədəbi, mənəviyyatı ağır gələnə deyil, maddi imkanı ağır gələnə hörmət göstəririksə, məclisin başında oturmağa alimi, müəllimi, ədibi yox, bayağı mahnısı trendə düşən arxası şar müğənnini buyur ediriksə, gələcək nəsildən başqa bir dəyər sistemi gözləməyimiz nə qədər gülməlidir, elə deyil?

Böyük ideallar insanı ucaldırdı, ucuz məşhurluq insanı öz dəyərlərindən uzaqlaşdırır. Çünki tanınmaqla qiymətli olmaq eyni şey deyil. Tarixdə qalanlar ən çox görünənlər deyil, bəşəriyyətə ən çox fayda verənlərdir. Tanınmaq, özünü ifadə etmək, diqqət çəkmək öz-özlüyündə qüsur deyil, ancaq bütün bunlar insanın məqsədinə çevriləndə, ucuz şöhrət qiymətli məzmunu əvəz edəndə, görünmək yaratmaqdan üstün tutulanda, bax, problem onda başlayır.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri