BP Azərbaycandan Bolqarıstan və Serbiyaya qaz təchizatında problem yaranmasının səbəbini açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycandan Serbiya və Bolqarıstana qaz təchizatında problem yaranıb. Bununla bağlı Avropa mediasında xəbərlər yayılıb.
Bildirilib ki, buna "Şahdəniz" yatağındakı problemlər səbəb olub.
Məsələ ilə əlaqədar "APA-Economics" "BP Azərbaycan" şirkətinə sorğu verib. Şirkətdən bildirilib ki, "Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.
“BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, platformada heç bir problem yoxdur.
""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir", - Tamam Bayatlı qeyd edib.
O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















