BP bu il Şahdəniz yatağında seysmik kəşfiyyat proqramının icrasına başlayacaq
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“BP-Azerbaijan” şirkəti 2025-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağında seysmik kəşfiyyat proqramını həyata keçirməyi planlaşdırır.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Şirkətdən bildirilib ki, proqram çərçivəsində qaz laylarında baş verən dəyişikliklərin monitorinqi məqsədilə silsilə seysmik tədqiqatlar aparılacaq: "Tədqiqatlar “Şahdəniz 2025-2034” seysmik kəşfiyyat proqramına uyğun şəkildə həyata keçiriləcək".
Bundan əlavə, “BP-Azerbaijan” “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində 2027-ci ilədək “Shah Deniz Bravo” platformasından əlavə quyuların qazılması və tamamlanmasını planlaşdırır.
2024-cü ilin üçüncü rübünün sonuna qədər “Mərhələ-2” çərçivəsində qazılması nəzərdə tutulan 26 quyudan 21-i artıq qazılıb. Bununla bağlı qazma işləri müxtəlif cinahlarda aparılıb: şimal cinahında 5, qərb cinahında 4, cənub-şərq cinahında 4, cənub-qərb cinahında 5 və şimal-şərq cinahında 3 quyu qazılıb.
Qeyd edək ki, 2013-cü il dekabrın 17-də “Şahdəniz” konsorsiumu “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarını təsdiqləyib. Bu layihə çərçivəsində Azərbaycandan Avropaya qaz nəqli həyata keçirilir.
Hazırda yataqda qaz və kondensat hasilatı “Mərhələ-1” çərçivəsində “Shah Deniz Alpha” platformasından, “Mərhələ-2” çərçivəsində isə “Shah Deniz Bravo” platformasından həyata keçirilir. Qaz hasilatına isə 2006-cı ilin dekabrında başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Yanvar 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















