Icma.az
close
up
RU
“Bravo”da qalmaqal: Kiflənmiş pendir və xarab məhsullardan şikayət

“Bravo”da qalmaqal: Kiflənmiş pendir və xarab məhsullardan şikayət

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bravo" marketlər şəbəkəsində satışa çıxarılan məhsulun keyfiyyəti ilə bağlı növbəti şikayət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Yeni Sabah” Musavat.com-a istinadla xəbər verir ki, Saşa Qançarova adlı vətəndaş sosial media hesabında paylaşdığı fotoda "Holland pendiri"nin kifləndiyini iddia edib. Onun sözlərinə görə, məhsulun üzərində son istifadə tarixinin 7 iyul olduğu göstərilsə də, pendir artıq xarab olub və satışdan yığışdırılmayıb.

Paylaşımın altında digər istifadəçilər də müxtəlif "Bravo" filiallarında oxşar hallarla qarşılaşdıqlarını bildiriblər. Onlar vaxtı keçmiş və ya keyfiyyəti şübhə doğuran məhsulların satışda saxlanıldığını iddia edərək marketlərdə ümumi yoxlamaların aparılmasının vacibliyini vurğulayıblar. Sezar pizza

Vətəndaşlardan biri yazıb ki, "Bravo Express" mağazalarından birində kiflənmiş çörəklərlə rastlaşıb. Onun sözlərinə görə, satıcılara xəbərdarlıq etdikdən sonra yalnız görünən çörəklər yığışdırılıb, digər məhsullar isə yoxlanılmayıb.

Başqa bir istifadəçi isə "Bravo Əhmədli" hipermarketində xarab olmuş ət məhsulu gördüyünü iddia edib. O bildirib ki, şikayətdən sonra yalnız həmin məhsul piştaxtadan götürülüb, digər məhsullar isə vitrin silinən əski ilə təmizlənərək yenidən satışda saxlanılıb.

Digər şərhlərdə isə Nizami və Əhmədli filiallarında da vaxtı keçmiş süd məhsulları və digər ərzaqların rəflərdə qalması ilə bağlı narazılıqlar səsləndirilib.

Məsələyə "Bravo"nun Müştəri Xidmətləri də münasibət bildirib. Şirkət vətəndaşdan üzr istəyərək qeyd edib ki, məhsulların keyfiyyəti onlar üçün prioritetdir və belə halların təkrarlanmaması üçün nəzarət tədbirləri gücləndiriləcək.

Marketlər şəbəkəsi müraciətin araşdırılması məqsədilə vətəndaşdan hadisənin baş verdiyi filialın ünvanını, alış-veriş qəbzini (mövcud olduğu halda) və əlaqə nömrəsini təqdim etməsini xahiş edib. Şirkət bildirib ki, mağaza rəhbərliyi məsələni ətraflı araşdırmaq üçün şikayətçi ilə əlaqə saxlayacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə səsləndirilən iddialar hələlik vətəndaşların şəxsi paylaşımlarına əsaslanır. Rəsmi qurumlar tərəfindən bu məsələ ilə bağlı hər hansı yoxlamanın nəticəsi açıqlanmayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri