Braziliyalı müdafiəçi gələn həftə “Neftçi”yə qoşulacaq
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Braziliyalı müdafiəçi İqor Ribeyro tezliklə “Neftçi”nin düşərgəsinə qoşulacaq.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, daha əvvəl “Neftçi” ilə müqavilə imzalayan 28 yaşlı "sambaçı" Konfrans Liqasının II təsnifat mərhələsinin son oyunlarında “Araz-Naxçıvan”ın heyətində “Aris”ə qarşı (2:1, 2:2) matçda meydana çıxıb.
Onun Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Omoniya” ilə görüşlərinə qədər komandadan ayrılacağı gözlənilir.
Bu barədə klublar arasında müzakirələr aparılıb. Üstəlik, Yunanıstandakı cavab oyununda birbaşa qırmızı vərəqə alan İqorun “Omoniya”ya qarşı ən azından bir matçı buraxacağı dəqiqdir.
Qarşıdakı həftə Ribeyronun “Neftçi”də məşqlərə başlayacağı ehtimal olunur.
Braziliyalının "Neftçi" ilə müqaviləsi 2026/27 mövsümünün sonuna kimi qüvvədədir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 03 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















