Britaniyada evlər üçün 15 milyard funtluq yaşıl texnologiya dəstəyi elan edilib
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya hökuməti enerji xərclərini azaltmaq məqsədilə ev təsərrüfatlarına günəş panelləri və digər yaşıl texnologiyaların quraşdırılması üçün 15 milyard funt sterlinq dəyərində yeni proqram təqdim edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Warm Homes Plan” adlanan təşəbbüs çərçivəsində qarşıdakı beş il ərzində ölkə üzrə minlərlə ailə maliyyə dəstəyi əldə edə biləcək, eyni zamanda, kirayəçilər üçün yeni hüquqlar tətbiq olunacaq.
Hökumət bildirib ki, plan “damüstü inqilab” yaratmağı, Günəş panelləri olan evlərin sayını üç dəfə artırmağı və 1 milyon insanı “yanacaq yoxsulluğundan” çıxarmağı hədəfləyir. Proqram enerji və maliyyə sektoru tərəfindən müsbət qarşılanıb.
Plan çərçivəsində Böyük Britaniya üzrə ev təsərrüfatlarına günəş panelləri, istilik nasosları və enerji batareyaları üçün aşağı faizli kreditlər və qrantlar ayrılacaq. Hökumət qeyd edib ki, qrantlara baxmayaraq, maliyyə imkanları olan ailələr üçün də əlavə xərclər qaçılmaz ola bilər: Məsələn, subsidiyadan sonra istilik nasosunun quraşdırılması ev təsərrüfatına orta hesabla 5 min funt başa gəlir. Bununla belə, orta ölçülü, üç yataq otaqlı yarı-müstəqil ev üçün bu texnologiyaların hamısının quraşdırılması illik enerji xərclərində təxminən 500 funt qənaət yarada bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















