Britaniyadan Azərbaycana dəstək gəldi
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Martın 9-da Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.
Birləşmiş Krallıq tərəfi İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb.
Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 09 Mart 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















