BTQ nin rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib VİDEO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bakı Təşəbbüs Qrupunun rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib.
Bu barədə APA-ya Bakı Təşəbbüs Qrupundan məlumat verilib.
Martda BTQ-nin Bakıda təşkil etdiyi "Kolonializm: dini-milli kimliyin kimliyin silinməsi" mövzusunda beynəlxalq konfransın iştirakçıları, müstəqillik uğrunda mübarizə aparan Kanakların lideri, siyasi məhbus Kristian Teinin qardaşı Desire Teinə üzərində K.Teinin fotoşəkili əks olunmuş və konfrans iştirakçılarının üzərinə öz imzalarını atdığı köynək təqdim ediblər.
Bu rəmzi hədiyyənin Fransa həbsxanasında saxlanılan FLNKS sədrinə çatdırılması xahiş olunub.
Bu günlərdə həmin köynək Fransanin Muluz sheherinde həbsxanada onun K.Teinin həyat yoldaşı Olqa Teinə təqdim edilib.
Çıxışında siyasi məhbusun qartdaşı D.Tein Azərbaycanda iştirak etdikləri tədbir haqda məlumat verərək bildirib ki, beynəlxalq ictimaiyyətin bu problemdən, xüsusilə də məhbusların vəziyyətindən xəbərdar olması, problemin mahiyyətini anlaması baxımından Azərbaycanın təşkil etdiyi tədbir möhtəşəm idi.
“BTQ-si bizi ilk mərhələdən dəstəkləyir. Bu köynəyi də bizə BTQ-ni icraçı direktoru təqdim etdi ki, onu Kristiana çatdıraq”, deyən D.Tein üzərində Fransanın əsarəti altında olan ərazilərin nümayəndələrinin imzaları olan köynəyi hamıya nümayəş etdirərək FLİNKS liderinin həyat yoldaşına təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















