Icma.az
close
up
RU
“Bu alovun tüstüsünün bir ucu Parisdən çıxa bilər”

“Bu alovun tüstüsünün bir ucu Parisdən çıxa bilər”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Martinik adasında baş verən hadisələr Fransa siyasətinin iç üzünü açıb ortaya qoyur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

O əlavə edib ki, illərdir maskalanan Fransanın neomüstəmləkəçilik siyasəti artıq pik həddə çatıb: “Xalqlar bu siyasi konyunkturadan bezərək öz azadlığının tələb edir, amma əliyalın, silahsız dinc insanları qəddarcasına məhv etməkdə mahir olan üzdəniraq qonşularımızın “böyük bacıları” yenə də öz ampluasındadır. Fransanın müstəmləkəçilik siyasəti uzun müddət ərzində müxtəlif ölkələrdə ciddi problemlərə səbəb olub. Bu siyasət, zorakı və özbaşına metodlardan istifadə edərək, yerli xalqların hüquqlarını pozub və onların təbii sərvətlərini amansızcasına istismar edib”.

E.Telmanoğlu müstəmləkəçilik dövründə Fransanın Afrika, Asiya və Karib dənizi bölgələrində bir çox ölkəni işğal etdiyini və bu ölkələrin iqtisadi və sosial strukturlarını dəyişdirdiyini vurğulayıb: “Bunu da qeyd edim ki, Martinik, Karib dənizində bir adadır, ada Fransanın əyalətlərindən biridir və rəsmi adı Departement de la Martinique adlanır. Ada administrasiyası paytaxt Fort de Fransda yerləşir. Adanın konstitusiyası Fransa konstitusiyası ilə eynidir və 28 sentyabr 1958-ci ildə elan edilib”.

Fransanın müstəmləkəçilik siyasəti nəticəsində bir çox ölkədə yoxsulluq, sosial ədalətsizlik və ekoloji problemlər yarandığını bildirən politoloq həmçinin müstəmləkəçilik dövründə yerli xalqların hüquqlarının pozulduğunu, onların mədəniyyətlərinin və dillərinin məhv edildiyini diqqətə çatdırıb: “Bu siyasət, həmçinin, yerli xalqların təbii sərvətlərinin istismarına və onların iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olub. Fransanın müstəmləkəçilik siyasəti bu gün də bir çox bölgələrdə davam edir və bu, yerli xalqların hüquqlarının bərpası və ədalətin təmin edilməsi üçün ciddi mübarizə tələb edir. Bu mübarizələr isə artıq alovlanmağa başlayıb, ola bilər bu alovun tüstüsünün bir ucu da Parisdən çıxsın!”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see332

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see226

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see173

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see173

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see172

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see167

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see166

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see163

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see162

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see162

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri