Icma.az
close
up
RU
Bu atəşkəs daimi olmayacaq, nə Zelenski, nə də Putin buna hazır deyil ŞƏRH

Bu atəşkəs daimi olmayacaq, nə Zelenski, nə də Putin buna hazır deyil ŞƏRH

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi ABŞ lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında ötən gün 2, 5 saatlıq telefon danışığı baş tutdu. Görüşdən sonra açıqlama verən Tramp Putinin atəşkəslə razılaşdığını və orduya dayanmaq əmrini verdiyini bildirdi.

Putin-Tramp görüşündən sonra Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə də telefon danışığı etdi və görüşün yaxşı keçdiyini vurğuladı. Lakin görünən odur ki, Zelenski Putinə bu mövzuda inanmır, çünki, Rusiyanın yeni hücumlar planladığını bildirir. Bildirək ki, bu gün həm də 2 ölkə arasında 175-175 əsir mübadiləsi də baş tutub.

Bütün bu olanlardan sonra indi dünyanın dörd gözlə gözlədiyi atəşkəsin başlayacağı tarixdir. Və ya, ümumiyyətlə atəşkəs reallaşacaqmı? 30 günlük atəşkəsdən sonra vəziyyət necə olacaq? Turkustan.az olaraq bu suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq.

Şübhəsiz ki, Trampın əsəs istəyi bundan ibarətdir ki, tərəflər onun 30 günlük atəşkəs təklifini qəbul etsinlər. Ukrayna Amerikanın təzyiqləri nəticəsində bu təklifi qəbul etdi və top Rusiyanın meydanına atıldı. Putin də ötən gün guya bu atəşkəs rejimini müəyyən şərtlərlə qəbul edəcəyini açıqladı. Aparılan danışıqlardan sonra yayılan məlumatlar onu göstərir ki, tam şəkildə razılaşma əldə olunmayıb. Düşünürəm ki, Putin 30 günlük atəşkəsə Trampın istədiyi şərtlərlə razı olmayacaq. Çünki, yayılan məlumatlar onu göstərir ki, 30 gün müddətində Ukraynanın enerji sektoru hədəfə alınmamalıdır və bir də əsirlərin dəyişdirilməsi məsələsi var. Ümumiyyətlə, Rusiyanın bu atəşkəslə bağlı irəli sürdüyü təkliflər kifayət qədər ağır şərtlərdir və Ukraynanın onu qəbul edəcəyi də real görünmür. Bütün hallarda bu savaşın çox qısa müddətdə dayandırılacağı real deyil. Əslində atəşkəsin olması mühüm bir addım olardı və bundan sonra proses o yöndə davam edərdi. Düşünürəm ki, tərəflər faktiki olaraq hazırda savaşı dayandırmağa psixoloji cəhətdən hazır deyillər. Bu baxımdan Trampın bu cəhdlərinin nəticələri necə olacaq onu bizə zaman göstərəcək. Bütün hallarda, hesab edirəm ki, bu atəşkəs olsa belə, daimi olmayacaq. Lap Amerika ilə Rusiya razılaşsa belə, Ukraynanın müəyyən qırmızı xətləri var ki, bu yalnız birtərəfli qaydada həll oluna bilməz. Ona görə də Ukraynanın da bəzi maraqları nəzərə alınmalıdır, xüsusi ilə də Rusiyanın tələb etdiyi kimi işğal edilmiş ərazilərin Rusiyanın ərazisi kimi hüquqi cəhətdən tanınması Ukraynanın maraqlarına ziddir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Mart 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri