Bu azərbaycanlılar 15 günə Rusiyanı TƏRK ETMƏLİDİRLƏR
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin miqrant işçilərin uşaqlarının 18 yaşına çatdıqdan sonra Rusiya Federasiyasını tərk etməsini və ya 30 gün ərzində patent almasını tələb edən qanun imzalayıb.
Müvafiq sənəd hüquqi aktların dərc edilməsi üçün rəsmi veb saytında yerləşdirilib.
Turkustan.az “Novosti”-yə istinadən xəbər verir ki, qanuna əsasən, xarici vətəndaşın yetkinlik yaşına çatmayan uşaqlarının, o cümlədən övladlığa götürülmüş və ya qəyyum uşaqların müvəqqəti qalma müddəti valideyninin patentinin müddəti ərzində, lakin uşağın 18 yaşı tamam olana qədər uzadılır.
Qalma müddətini uzatmaq üçün valideyn hər uşaq üçün əvvəlcədən fərdi gəlir vergisi ödəməli olacaq. Patent uzadılmasa və ya ləğv edilərsə, xarici vətəndaş və onun uşaqları ölkədə qalmaları üçün başqa qanuni əsaslar olmadığı təqdirdə Rusiyanı 15 gün ərzində tərk etməlidirlər.
18 yaşına çatdıqdan sonra əcnəbilər iki istisna olmaqla, Rusiyanı 30 gün ərzində tərk etməlidirlər: ölkədə qalmaq və ya yaşamaq üçün başqa qanuni əsasları varsa, yaxud eyni 30 günlük müddət ərzində patent üçün müraciət edib sabit əvvəlcədən fərdi gəlir vergisi ödənilibsə. Bu halda adətən patent üçün müraciət edərkən tələb olunan təhsil sənədinin təqdimi vacib deyil. /Cebheinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 26 İyul 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















