Bu bankların rəhbərləri dəyişdi
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bank Respublika” və “AccessBank”ın İdarə heyətlərinin rəhbərliyində dəyişiklik olub.
Moderator.az APA-Economics”ə istinadla xəbər verir ki, səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bankdan ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.
“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib.
Qeyd edək ki, “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin 100%-nin alınması üzrə sövdələşmə tamamlanıb. Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonradan isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Noyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















