Bu bölgədə 7,2 bal gücündə zəlzələ gözlənilir Xəbərdarlıq edildi
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Egey dənizində baş verən 5,3 bal gücündə zəlzələdən sonra Türkiyəli professor Övgün Ahmet Ercan başqa bir bölgə ilə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, AFAD dünən Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verdiyini bildirib. Axşam saatlarında baş verən zəlzələnin dərinliyi 6,45 kilometr olaraq qeydə alınıb.
Zəlzələ üzrə alim Ahmet Ercan zəlzələdən sonra sosial media hesabında məlumat paylaşıb. O, Şimali Anadoluya işarə edərək, bu hissədə 7,2 bal gücündə zəlzələnin gözlənildiyini açıqlayıb.
"Şimal-Qərbi Egeydəki Haldiiki yarımadasının cənub qolunda 5.3 bal gücündə zəlzələ Şimali Anadolu kənarında baş verib. Bu hissədə gözlənilən zəlzələ 7.2 baldır. Lakin nə vaxt olacağını bilmirik", - deyə alim qeyd edib.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















