Icma.az
close
up
RU
Bu borca görə işıq, su, qaz kəsilə bilməz KONKRET

Bu borca görə işıq, su, qaz kəsilə bilməz KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Yeni tikililərdə komendant borcu ilə bağlı yaranan mübahisələr son illər ən çox müzakirə olunan məsələlərdəndir. Sakinlər tez-tez mənzillərinin qapısına yapışdırılan bildirişlərlə üzləşirlər. Həmin bildirişlərdə göstərilir ki, borc qısa müddətdə ödənilməzsə, işıq, su və digər kommunal xidmətlər dayandırılacaq.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, yeni tikililərdə komendant və ya idarəedici şirkətlər liftin işləməsi, təmizlik, mühafizə, həyətin saxlanılması, ümumi işıqlandırma və digər ortaq xərclər üçün aylıq ödəniş toplayırlar. Bu ödənişlər qanunvericiliyə əsasən sakinlərin ümumi əmlakın saxlanılmasında iştirak öhdəliyindən irəli gəlir və prinsip etibarilə qanunidir.

Lakin əsas problem ödənişin özü deyil, borca görə tətbiq edilən təzyiq mexanizmləridir. Bir çox sakin hesab edir ki, komendantın qazı, suyu və ya işığı kəsmək ixtiyarı yoxdur və bu məsələ dövlət qurumlarının səlahiyyətindədir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi-nə əsasən çoxmənzilli binanın idarə olunması ya mənzil mülkiyyətçilərinin birliyi, ya da müqavilə əsasında fəaliyyət göstərən idarəedici şirkət tərəfindən həyata keçirilə bilər. Lakin fərdi mənzillərə verilən qaz, su və elektrik təchizatı birbaşa müvafiq xidmət qurumları ilə bağlanan müqavilə əsasında təmin edilir.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, komendant və ya idarəedici şirkət bu xidmətlərin birbaşa təminatçısı olmadığı üçün onların qazı, suyu, işığı kəsmək səlahiyyəti yoxdur:

“Əksər çoxmənzilli yaşayış binalarında idarəedici şirkət, yəni komendant sistemi vətəndaşlara hər hansı ödəmənin gecikməsi ilə bağlı onların kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı bildirişlər göndərirlər. Vətəndaşlar əgər yaşadığı çoxmənzilli binanın sahibi ilə müqavilə bağlamalıdır. Həmin müqavilədə şirkətin aldığı məsuliyyət və vətəndaşın üzərinə düşən öhtəliklər qeyd olunmalıdır. Əks halda şirkət vətəndaşa hər hansı məhkəmə qərarı və ya kommunikasiya xətlərinin kəsilməsi ilə bağlı bildiriş göndərə bilməz”.

Ekspert qeyd edir ki, əsas problem yeni tikililərdə idarəetmə mexanizminin tam şəffaf olmamasıdır. Bir çox hallarda sakinlərlə rəsmi müqavilə bağlanılmır, tariflər əsaslandırılmır, hesabatlar əsaslandırılmır. Bu da sözügedən problemin yaranmasına zəmin yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri