Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Bu, DİM in qiymətləndirmə sisteminin nə qədər səthi və etibarsız olduğunu göstərir

Bu, DİM in qiymətləndirmə sisteminin nə qədər səthi və etibarsız olduğunu göstərir

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Təkcə 2 və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanları üzrə 115 273 şagirddən 1 824-nün balında dəyişiklik edilməsi, 2 129 yazı işinə düzəliş olunması, DİM-in qiymətləndirmə sisteminin nə qədər səthi, mexaniki və etibarsız şəkildə təşkil edildiyini tam aydın göstərir. Bu rəqəmlər rəsmi şəkildə yayımlanıbsa, təsəvvür etmək belə çətindir ki, neçə min şagird ümumiyyətlə apellyasiya verməyib, haqsızlığa uğradığını sübut edə bilməyib və sistemin qurbanına çevrilib. Bu təkcə qiymətləndirmə xətası deyil, təhsil prinsiplərinin məhv olması, minlərlə şagirdin taleyinə biganə, texnokrat və hissiyyatsız münasibətin göstəricisidir. Bu, imtahan deyil, biabırçılıqdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 2 minə yaxın şagirdin qiymətində düzəliş edilməsi ilə bağlı statistikadan danışarkən deyib. 

Ekspert bildirib ki, burada söhbət sadəcə bir-iki yazının texniki səhvindən getmir:

"Hər bir dəyişdirilən qiymətin arxasında bir gəncin stressi, valideynin ümidsizliyi, müəllimin nüfuz itkisi, məktəbin reputasiyası və ailənin psixoloji sabitliyi dayanır. 1 824 balın səhv hesablanması o deməkdir ki, ən azı bu qədər insanın haqları tapdanıb. Bu qədər uşaq "sən səhv eləmisən" deyə özünü günahkar bilib. Amma əslində səhv edən Dövlət İmtahan Mərkəzi olub. O halda bu sual ortaya çıxır: şagird imtahanda səhv edəndə onun balı kəsilirsə, bəs DİM səhv edəndə onun cəzası nə olur? Təəssüf ki, illərdir dövlət imtahanları ölkədə dürüstlük, şəffaflıq, ədalət anlayışlarının timsalı kimi təqdim olunur. Halbuki real vəziyyət göstərir ki, bu sistem nə pedaqoji baxımdan öyrədici, nə texniki baxımdan dəqiq, nə də hüquqi baxımdan ədalətlidir. Apellyasiya prosesinin özü formaldır - hər kəs müraciət etmir, çünki ya etibar etmir, ya da müstəqil müdafiə mexanizminin olmadığını bilir. Bu qədər yazı işinin dəyişməsi o deməkdir ki, geridə qalan neçə min şagirdə haqsızlıq edildiyi müəmmalı şəkildə sistemin içində "basdırılıb".

Ekspert hesab edir ki, bu statistikalar onu deməyə əsas verir ki, DİM imtahan keçirməyi bacarmır:

"Qiymətləndirmə prosesi sırf "keyfiyyət yoxlaması" adı altında özünü doğrultmur. Bu qədər geniş miqyasda səhv - texniki yox, məzmunca və cavabların doğru dəyərləndirilməməsi - qiymətləndiricilərin təlimatlandırılmasının zəif olduğunu, yoxlayıcıların müstəqil yox, mexaniki yanaşma ilə işlədiyini sübut edir. Bu sistemdə cavabların düzgün yazılmasından daha çox cavabın "şablon formada" yazılıb-yazılmaması önəmlidir. Deməli, burada şagirdin analitik düşünməsi deyil, sistemin özlerinə uyğun cavab verib-verməməsi qiymətləndirilir. Bəs bu qədər səhv niyə olur? Çünki DİM-də nə sual müəllifləri, nə yoxlayıcılar, nə də imtahan texnologiyası açıq və hesabatlı şəkildə ictimai nəzarətə tabe tutulmur. "Bunker müəllimləri" deyilən şəxslər bu sualları hazırlayır, amma onların heç biri ictimaiyyət qarşısında cavab vermir. Təhsil qanunvericiliyinə görə qiymətləndirmə obyektiv, şəffaf və standartlara uyğun olmalıdır (Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanunun 14-cü maddəsi). Amma görünən odur ki, bu prinsiplər kağız üzərində qalır".


Kamran Əsədov xatırladıb ki, bu hal yalnız 2024-cü ilə aid deyil:

"Əvvəlki illərdə də on minlərlə şagird imtahan nəticələrindən narazı qalıb. Sadəcə apellyasiya prosesində nəticə çıxmır deyə susur. DİM bu sistemin içində özünü tək və mübahisəsiz hakimi-mütləq kimi hiss edir. Amma artıq bu yanlış qiymətləndirmələrin nəticəsində minlərlə gəncin gələcəyi, motivasiyası və psixoloji sabitliyi zədələnir. Gələcəkdə bu gənclərin ölkədən getməsi, təhsildən soyuması və sistemə etimadsızlığı, məhz bu gün atılan səhv addımların nəticəsidir. DİM-in bu qədər yanlış qiymətləndirmə etdiyi halda məsuliyyət daşıyan şəxs varmı? Bu qədər uşaq və valideynin əsəbi, göz yaşları, ümidsizliyi ilə bağlı DİM hansı hesabatı verib? Hansı qiymətləndirici cəzalandırılıb? Hansı mexanizm təkmilləşdirilib? Cavab yoxdur. Çünki bu sistem səhvləri "normallaşdırır", onu texniki "dəqiqləşmə" kimi təqdim edir. Halbuki 2 129 yazıya düzəlişin özü göstərir ki, burada sistemli, köklü problem var".

Kamran Əsədov təəssüf hissi ilə bildirib ki, əgər bu biabırçılığa son qoyulmasa, nə təhsildə ədalət bərpa ediləcək, nə gənclər sistemə inanacaq, nə də dövlət imtahanları cəmiyyətdə inam doğuracaq:

"Bu sistem dəyişməlidir. Mərkəzləşdirilmiş imtahanların alternativ mexanizmləri, məktəb daxili qiymətləndirmənin etibarlı model kimi qurulması, şagirdin bilik və bacarıqlarının çoxvariantlı qiymətləndirilməsi tətbiq olunmalıdır. Yoxsa hər il minlərlə övladımızın taleyi "bunker müəllimləri"nin insafına buraxılacaq. Və bu artıq təkcə təhsil yox, milli təhlükəsizlik problemidir".

Qeyd edək ki, 2 və 9 mart 2025-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri açıqlanıb. Nəticələrə görə, Apellyasiya Komissiyasına ümumilikdə 10980 şagird 31982 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. 

Apellyasiya komissiyası tərəfindən imtahanda iştirak edən 115273 şagirdin 1824-nün qiymətində düzəliş edilib. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri