Bu əlamət ağciyərlərə zərər verir və qocalmanı SÜRƏTLƏNDİRİR
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məişət tozu insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru Dmitri Yedelev bildirib ki, evlərdə yığılan toz tənəffüs yollarına, bronxlara və gözlərə zərər vurmaqla yanaşı, allergiya, konyunktivit və dəri xəstəliklərinə səbəb ola bilər.
Həkimin sözlərinə görə, xüsusilə iti kənarlı və lifli toz hissəcikləri tənəffüs yollarına daxil olaraq toxumaları zədələyir. Uzun müddət tozlu şəraitdə yaşayan insanlarda selikli qişaların nazilməsi, yuxarı tənəffüs yollarında dəyişikliklər və allergik reaksiyalar müşahidə oluna bilər.
Mütəxəssis qeyd edib ki, uzunmüddətli toz təsiri xroniki toz bronxitinə, bronx spazmlarına, tənəffüs funksiyasının pozulmasına, selik ifrazının artmasına və ağciyər emfizeminə gətirib çıxara bilər.
Bundan əlavə, tozun tərkibində olan bakteriyalar, viruslar, göbələklər və digər mikroorqanizmlər dermatit, ekzema və müxtəlif dəri xəstəliklərinin yaranmasına səbəb ola bilər. Tozun yaratdığı iltihabi proseslər isə yalnız ağciyərlərə deyil, bütövlükdə orqanizmə təsir göstərərək qocalma prosesini sürətləndirə bilər.
Həkim sağlamlığın qorunması üçün evlərdə mütəmadi nəm təmizlik aparmağı, otaqları havalandırmağı və havanın rütubət səviyyəsini 40-60 faiz arasında saxlamağı tövsiyə edib.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 İyun 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















