Icma.az
close
up
RU
Bu əlamətlər varsa, xərçəng ola bilərsiz

Bu əlamətlər varsa, xərçəng ola bilərsiz

Icma.az bildirir, Milli.az portalına istinadən.

Xərçəng əlamətləri şişin növündən və onun yerindən asılıdır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Oksana Drapkina "Doktor Piter" nəşri ilə söhbətində danışıb.

Həkim xərçəngin ilkin mərhələsinə xas olan əsas simptomları qeyd edib.

Drapkinanın fikrincə, xərçəng xəstəliyi çox vaxt səbəbsiz arıqlama ilə müşayiət oluna bilər. O bildirib ki, yemək vərdişlərini dəyişmədən və ya məşq etməyə başlamadan bir insan çəkisinin ən azı beş faizini itiribsə, mütləq həkimə müraciət etməlidir.

Bundan əlavə, xərçəngin bir əlaməti daimi yorğunluqdur ki, istirahət etməklə bu yorğunluq keçmir. Həmçinin, əlamətlərə kəskin respirator virus infeksiyasının başqa simptomları olmadan ağrılı öskürək, udma problemləri və göyərmə, zədə və ya travmaların səbəb olmadığı xroniki ağrılar aid ola bilər.

Drapkina xərçəngin digər mümkün əlamətlərinə genişlənmiş limfa düyünləri, xalların xarici görünüşünün dəyişməsi və ya dəridə yeni törəmələrin peyda olması, həmçinin mədə-bağırsaq yolunun və sidik ifrazı ilə bağlı problemlərin, mədədə yanma hissi, qəbizlik, ishal, tez-tez sidiyə getmə, bu prosesin ağrılı olması, sidiyin rənginin dəyişməsi, nəcisdə və ya sidikdə qanın olduğunu bildirib.

Drapkina aydınlaşdırıb ki, bir və ya bir neçə simptomun müşayiət olunması həmişə xərçəngə işarə etmir, lakin bu zaman yaxşı olardı ki, həkimə müraciət edilsin. /Modern.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see367

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see337

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see308

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see234

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see229

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see221

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see207

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see176

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see162

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see159

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see158

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see156

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see151

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri