Bu gecədən bəzi yollar BAĞLANIR
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
“Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur”, – deyə məlumatda vurğulanıb.

Bu gecədən bəzi yollar BAĞLANIR
06 Noyabr 2024 14:45
Bu gündən Bakının bəzi yolları BAĞLANIR
11 Noyabr 2024 00:03

