Bu gün COP29un sonuncu tematik günü Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günüdür
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Su həyat üçün vacib bir element olmaqla yanaşı, mənim kimi bir iqtisadçı üçün çox vacib strateji məsələdir. Bu gün COP29-un sonuncu tematik günü - "Təbiət və Biomüxtəliflik / Yerli İnsanlar / Gender Bərabərliyi / Okeanlar və Sahil Zonaları Günü"dür. Bu gün bu dəyirmi masada suyun daha səmərəli istifadə ilə yanaşı, sel və daşqınların yaratdığı çətin vəziyyətlərdən çıxış yollarını da axtaracağıq”.
Bu barədə bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ofisinin iqtisadçısı Xurşid Rüstəmov COP29 çərçivəsində "İqlim üçün Su: Su Həllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim Əlaqəliliyi" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışında deyib.
X.Rüstəmov qeyd edib ki, bu tədbir fəaliyyətin sürətləndirilməsini, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılmasında və onun təsirlərinə uyğunlaşmasında qlobal səyləri dəstəkləmək üçün effektiv su idarəçiliyi siyasətlərinin həyata keçirilməsini sürətləndirmək və mübadilə növlərini nümunə göstərmək məqsədilə İqlim Fəaliyyəti naminə "Su üzrə Bakı Dialoqu"nun açılışına əsaslanır.
Qeyd edək ki, tədbir COP29 Sədrliyi, UNECE, UNEP təşkilatçılığı və WMO tərəfindən koordinasiya olunan “UN-Water” ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Noyabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















