Icma.az
close
up
RU
“Bu gün yeni oyunçu qazandıq” Ayxan Abbasov

“Bu gün yeni oyunçu qazandıq” Ayxan Abbasov

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Millətlər Liqasının IV turunda Litvanı 1:0 hesabı ilə məğlub edən Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşdü:

– Hər kəsi salamlayıram. Qarşılaşmaların hər birinin son dərəcə əhəmiyyətli olduğunu bilirdik və buna görə hazırlıq görmüşdük. Sevindirici hal odur ki, bu oyunların heç birində məğlub olmadıq. Bəlkə də Lixtenşteynlə matçda qələbə qazansaydıq, bu gün əldə olunan 3 xalın dəyəri bu qədər hiss olunmazdı. Həmin heç-heçə bizi çox məyus etmişdi və futbolçularda psixoloji gərginlik yaratmışdı. Lakin şadam ki, cəmi üç gün ərzində komanda toparlana bildi və meydanda xarakter göstərdi. Bu gün çox vacib məqamlar yaşandı. Gənclər debüt etdi, təcrübəlilər isə yüksək səviyyəli oyun nümayiş etdirdilər. Hətta Mahir Emrelinin son dəqiqələrdə müdafiəyə qayıdıb kömək etməsi komandanın necə qələbə həsrətində olduğunun göstəricisi idi. Bu mübarizə gələcək üçün böyük inam verir.

– Komandanın hücum potensialı hansı səviyyədədir?

– Həqiqətən də çətin prosesdir və bir məşqçi kimi mənim üçün böyük təcrübədir. Əsas olan meydançada canlı və dinamik oyun göstərməkdir. Bədavi Hüseynova ardıcıl iki matçda şans verdik və o, hər iki qarşılaşmada çox inamlı təsir bağışladı. Təbii ki, müsbət tərəflərlə yanaşı, çatışmayan cəhətlərimiz də var. Hesabı artırıb ikinci qolu da vura bilərdik. Yığmada fəaliyyətə yeni başlayanda əsas problemimiz rəqibin cərimə meydançasına daxil ola bilməməyimiz idi. Son oyunlarda isə artıq rəqib sahəsində təhlükəli epizodlar yarada bilirik.

– Belə riskli və məsuliyyətli qarşılaşmada gənc futbolçulara güvənmək qərarını necə verdiniz?

– Oruc Məmmədovu artıq bir müddətdir izləyirdim. Onun potesialına, oynaya biləcəyinə bələd idim. Heyəti müəyyən edən zaman məşqçilər korpusu ilə çox düşündük. İnanın ki, oyun öncəsi gecəyə qədər işlədik, çünki yorğunluq var idi və hər kəs meydanda olmaq istəyirdi. Nəticədə bu gün yeni oyunçu qazandıq. Biz məşqçilər risk etməyə borcluyuq. Rüfət Abbasov və Oruc Məmmədov kimi gəncləri addım-addım milliyə qazandırırıq. Biz onlara etimad göstərməsək, bəs harada təcrübə toplayacaqlar? Son üç gün ərzində futbolçularla fərdi söhbətlər apardıq və sevindiricidir ki, onlar meydanda buna düzgün reaksiya verdilər.

– Rəqib komandanın baş məşqçisi hakim və VAR qərarlarından narazılığını bildirdi. Bu barədə nə deyə bilərsiniz?

– Əvvəlki matçla müqayisədə bu gün hakimlik tam fərqli səviyyədə idi. Referi oyunun tempini yüksək saxlamağa imkan verdi. Ötən qarşılaşmada Emin Səfərova qarşı kobudluq ediləndə VAR müdaxilə etmədi. Həmin epizod matçın taleyini həll edə bilərdi. Məşqçilərin oyundan sonra emosional şəkildə narazılıq etməsi futbolun tərkib hissəsidir və normal qarşılanmalıdır.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Oktyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri