Bu günə qədər 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar növbəti, sayca 27-ci müsabiqənin I turu keçirilir. Bu günə qədər müsabiqələrdə 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib.
Bunu test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.
O bildirib ki, onlar hazırda prokurorluq işçilərinin 93,2 % faizini təşkil edir: “Bu, çox sevindirici bir haldır. Eyni zamanda, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Oktyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















