Bu həftə 11 günlük tətil başlayır
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu həftə Azərbaycanda 11 günlük tətil başlayır.
"Unikal" xəbər verir ki, bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür.
Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq.
Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdüyü üçün növbəti iş günü istirahət günü hesab olunur.
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Mart 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















