Icma.az
close
up
RU
Bu hekayə alınmayıb... Furqanın yeni hekayəsi haqqında

Bu hekayə alınmayıb... Furqanın yeni hekayəsi haqqında

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Orxan İsmayılovun Furqanın "Gürcü" hekayəsi haqqında yazısını təqdim edir.

Furqanın "Gürcü" hekayəsini oxudum. Misilsiz bir kədərlə demək istəyirəm ki, (çünki yaxşı mətnlər oxumaq istəyirəm) mən bu hekayədə nə rəngarəng, səlis, axıcı cümlələr gördüm, nə də peşəkar bədii əsər adına başqa xoş şeylər tapdım. Və Orxanın "Anka" hekayəsi kimi, Furqanın da bu "əsər"i məndə gənc yazıçılarla bağlı yeni ümidsizlik dalğası yaratdı.

Hekayənin əsas mövzusu idman uğursuzluğu maskası altında gizlənmiş eqo və bunun psixoloji təhlilidir. Hərçənd müəllif bu mövzunu sistemli və düşünülmüş şəkildə formalaşdıra bilməyib. Məsələn, başlanğıcda səslənən “Bir topla uduzmaq adamı yandırır... bircə top e, bircə top!” frazası oxucunu motivləşdirə bilər, əslində, burada emosional yük çatışmır, məna təkrara düşür və səthi bir ümidsizlik yaradır.

Hekayə üç hissəyə bölünüb: yarış sonrası üzgünlük, rəqibin zəhərlənməsi və onun özünəxas mesajı. Lakin bu bölmələr arasında ritmik inteqrasiya olduqca zəifdir. Orta bölmədə (“Əlcəklər üzündən oldu hər şey...”) müəllif süjetə “əlcək” simvolunu əlavə etsə də, bu ideya əvvəlcədən qurulmamış olduğundan, “əlcək” sanki artıq element kimi görünür, mətndəki vəhdəti pozur.

Rəcəb obrazı çox səthi işlənib: o, qapıda dayanır, zəhərlənir, paket göndərir və gedir. Amma onun ruhi durumuna dair, demək olar ki, hər hansı bilgi verilmir; ona görə də ondakı insanlıq və empatiyanı tam şəkildə hiss etmək mümkün deyil.

Yenə də qayıdaq "əlcək" məsələsinə. Bu simvol mətnin ortasında qəflətən peyda olur: "Əlcəklər üzündən oldu hər şey… Mənim əlcəklərim yoxdu…"

Bu giriş məntiqsiz, hazırlıqsız görünür. Simvol bir epizod olaraq qalır, əvvəlcədən qurulmadığı üçün struktur inteqrasiyası pozulur.

İndi isə aşağıdakı cümlələrə diqqət yetirək:

"Niyə imkan vermədin çempion olaq?... Oturub qalmışıq elə burda, heç yerimizdən durub getmək də istəmirik..”

Bu ifadələr epizodikdir. Layihələnmiş daxili konflikt görünmür və bir-birini təqlid edən cümlələrlə zəif psixoloji gərginlik yaradılır.

Ümumilikdə, Furqanın bu hekayəsi alınmayıb. Mətn görüntüdə psixoloji dramatik yük daşısa da, struktur və ideya baxımından səthi qalır. Akademik əsərdə nələr tələb olunur? Simvolik rəmzlərin sistematik istifadəsi, xarakterlərin psixoloji halları, motiv və sair əlaqəsi dolğun olmalıdır. Bəs bunlardan hansı “Gürcü”də var? Təəssüf ki, heç biri.

“Məhsəti” beynəlxalq festivalda Sibel Kekilli “Xidmətlərə görə” ordeni ilə təltif edilib Xəyanət, abort və qadın deyingənliyi - O necə narkoman oldu?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri