Icma.az
close
up
RU
“Bu il ən böyük təcrübəmi qazandım” (MÜSAHİBƏ)

“Bu il ən böyük təcrübəmi qazandım” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyevin “Futbolpress.az“a müsahibəsi:

“Doğru seçim üçün hər şeyi edəcəyik”

– 2018-ci ildən “Sumqayıt”ın prezidentisiniz, artıq 5-ci məşqçi dəyişikliyi oldu. Çox olmadı?
– Ayxan, Samir, Nazim, Baqa, Vaqif – 5 məşqçi dəyişmək… Sırf məşqçilərdən danışırıqsa, 7 ildə 5 məşqçi dəyişmək elə də problemli deyil. Nəzərə alsaq ki, biri ekspromt olub. Düzdür, Baqa və Vaqif bir mövsümdən az işlədilər, amma bunlar futbolda olan məqamlardı. Nəzərə almalıyıq ki, Vaqif Cavadov məşqçiliyə burda başladı, akademiyada, aşağı yaş qruplarında, əvəzedici komandada və sonra əsasda. Eynilə də Samir Abasov. Ayxan Abbasov “Sumqayıt”da 3 ildən çox işləyib və yaxşı nəticələr qazanıb. Hamı istəyər ki, bir məşqçi ilə uzun müddət işləyəsən, yaxşı layihələrin, nəticələrin olsun. Bəzən vəziyyət, nəticələr bunu tələb edir.

– Düşünmürsünüz ki, Vaqif təyinatı sizi yanıltdı..
– Deməzdim, çünki həmin an üçün (oktyabr ayı – red.) təyinat düzgün idi. Mövsümün ortası idi və o qədər də boş məşqçi yox idi. Bundan əlavə, Cavadov əvəzedici komandada yaxşı işi ilə seçilirdi və onu tanıyırdıq. Həmçinin komandada işə başlayanda nəticələri ürəkaçan idi.

– Axtarışlarla bağlı vəziyyət nədir?
– Mətbuatı oxuyuram, müxtəlif adlar hallanır. Həm yerli, həm əcnəbi. Ancaq hazırda heç bir məşqçi ilə danışıq getmir. Son iki oyuna komandanı öz məşqçilərimiz çıxaracaq. İndi hansısa xarici və ya yerli məşqçi ilə danışıq getmir. Tələsəcək yerimiz yoxdur. Bu məsələdə çox diqqətli olacağıq və tələsməyəcəyik. Doğru seçim üçün hər şeyi edəcəyik.

“Müşahidə Şurası ayrılıqla bağlı qərar versə, heç bir problem görmürəm”

– Seçimi siz edəcəksiniz? 2018-ci ildən bu yana ilk dəfə ən uğursuz nəticəni oldu. Bu, sizin klubda qalıb-qalmamağınızı da gündəmə gətirə bilər…
– Heç vaxt məsuliyyətdən çəkinməmişəm və çəkinməyəcəm. Klubu idarə edən mənəm və məsuliyyət məndədir. O ki qaldı “Sumqayıt”dakı fəaliyyətimin dəyərləndirilməsinə… Bildiyiniz kimi, klubun Müşahidə Şurası var və işimi dəyərləndirir – yaxşı və ya pis. Şuranın sədri Elnur müəllimin (Məmmədli – red.) rəhbərlik etdiyi “Azərikimya” İB həmçinin klubun əsas sponsorudur. Müşahidə Şurası ayrılıqla bağlı qərar versə, heç bir problem görmürəm. Bu arada, Müşahidə Şurasına, sponsorlarımıza təşəkkür edirəm. Hər zaman komandamızın yanındadır. Onlar olmasaydı, 6 ildə hansısa nəticə olmazdı.

– 9-cu yer ən böhranlı vəziyyətdir. Pis vəziyyətdən təcrübə toplamaq mümkündürmü?
– Çox gözəl sual verdiniz. Klubda 6-cı mövsümümdür və bəlkə də bu il ən böyük təcrübəmi qazandım. Bundan sonra artıq əminəm ki, hansı addımlar səhvdir. Yenə də o məsələyə qayıtmaq istəyirəm, komandamız 9-cu yerdədir və bütün məsuliyyət mənim üzərimdədir. Məşqçiləri də mən təyin etmişəm. Hər şeyi məşqçilərin üstünə atmaq düzgün olmaz. Amma sizi əmin edə bilərəm ki, növbəti mövsüm daha güclü, daha iddialı bir komanda quracağıq.

“Belə sözlərə pozitiv baxmıram”

– Məşqçinin pis nəticədə ən çox istifadə etdiyi arqument heyətin formalaşdırılmasıdır. Bu məsələdə məşqçiyə tam dəstək olmusunuz?
– Xeyr. Belə sözlərə pozitiv baxmıram. Hər məşqçi hara gəldiyini yaxşı bilir. Hansı futbolçuların olduğunu, kimin müqaviləsinin olduğunu, kimlə yola çıxacağını bilir. Öz klubumdan danışıram, bizim yanaşmamızda bunu demək düzgün deyil. “Heyəti mən formalaşdırmamışam” demək pis vəziyyətə bəraət sayılmamalıdır.

– Cavadovun qarşısına rəhbərlik olaraq hansı tapşırıq qoyulmuşdu?
– Təyinat olanda xallarımız az idi. Bilirdik ki, bu il bizim avrokuboklara getmək şansımız azdır. Obyektiv danışmalıyıq, məşqçi yeni, gəncdir. Buna görə də Vaqif Cavadov qarşısına qoyulan məqsəd mövsümü orta pillələrdə – 5-6-cı sırada bitirmək idi. Və ən önəmlisi kubokda çalışıb, finala kimi yüksəlmək idi. Çünki final Sumqayıtda keçiriləcək və burda azarkeşlərimiz önündə oynamaq istəyirdik. Bir sözlə, Vaqif Cavadovun qarşısına liqada qalmaq tələbi qoyulmamışdı, son pilləni tutmamaq kimi bir məqsəd bizim klubda olmayıb və olmayacaq da. “Sumqayıt” böyük şəhərin tək komandasıdır və böyük azarkeşə malikdir. Heç vaxt məqsədimiz Premyer Liqada qalmaq olmaz.

“Hansısa qərar verilibsə, başa düşməliyik ki, hamının niyyəti futbolun inkişafıdır”

– Yeni mövsümə daha yaxşı hazırlaşmaq lazımdır. Eyni zamanda klublara ayrılan dotasiya da azalacaq…
– Dotasiyadan söhbət gedirsə, biz də gedişatı mətbuatdan oxuyuruq, ancaq kluba bu haqda məktub daxil olmayıb. Rəsmi qərar hələ yoxdur. Ancaq söhbətlər var və belə olsa, yəqin ki, yaxşı təsir etməyəcək. Əlbəttə, istərdik ki, ayrılan vəsait eyni səviyyədə qalsın. Həmin o 500 min manat Premyer Liqaya gələn iki kluba kömək olacaqsa, biz ona müsbət yanaşarıq. Çempionatda komanda sayı artırsa, problem deyil.

– AFFA-nın son konfransında belə fikir səsləndi ki, Azərbaycan futbolu sıfır vəziyyətdədir və hər şeyə yenidən başlamaq lazımdır. Uzun illərdir Azərbaycan futbolundasınız. Sizin bu məsələyə münasibətiniz necədir?
– Konkret fikir bildirə bilmərəm. Nəsə desəm, düz olmaz. Çünki strategiyanı müəyyənləşdirən federasiyadır. Hansısa qərar verilibsə, başa düşməliyik ki, hamının niyyəti futbolun inkişafıdır. Hansı qərar, hansı strategiya olursa, niyyət bir dənədir – futbolun inkişafı. Sıfırdan başlamalıyıq, ya necə… konkret cavab verə bilmərəm. Bilmirəm ki, hansı məsələlərdə sıfırdan başlanılmalıdır. Baş katib yeni gəlib, ona uğurlar arzu edirəm. Yeni adamdır. Əlbəttə verilən qərarlar futbolun inkişafı üçündür. Bu suala cavab verə bilmərəm. Gözləməliyik. Adam yeni gəlib və öz ideyaları var. Futbolumuza birmənalı şəkildə yeni ideyalar lazımdır. Necə olacağını zama göstərəcək.

– Strategiya ilə tanışsınız?
– Bəli.

– Təkliflər istəmişdilər. “Sumqayıt” olaraq hansısa təklif vermişdiniz?
– Bəli.

– Məsələn, təkliflər içindən bir bənd deyə bilərsiniz?
– Təkliflər bir dəfə olmayıb. Bizim həmişə əsas təkliflərimiz, müzakirələrimiz əsasən uşaq futbolu və infrastruktur ilə bağlı olub. AFFA ilə bununla bağlı layihələr müzakirə etmişik.

– Uşaq futbolu daxil olmaqla bütün komponentlərdə işə başlamanın gecikməsi sizcə normaldır?
– Strategiya ilə bağlı mənim cavab verməyim düzgün deyil. Çünki bunu müəyyənləşdirən, fəaliyyəti, idarəetməsi ilə məşğul olan AFFA-dır. Sadəcə gözləyək. Mənimçün də maraqlı bəndlər var. İnşallah ki, hamısı həyata keçər və futbolumuza faydasını verər.

“Akademiya komandalarına heç vaxt məqsəd qoymuruq ki, birinci yeri tutmalısız”

– Bu illər ərzində “Sumqayıt” üçün arzuladığınız layihələrin neçə faizini həyata keçirə bilmisiniz?
– “Sumqayıt” klubunun strategiyası uşaq futboluna, infrastruktura və Sumqayıtda futbolun kütləviliyinə böyük diqqət və vəsait ayırmağa hesablanıb. Sumqayıtda yeni futbol məktəbinin – klubun bazasında yox, şəhərdə açılışı nəzərdə tutulub. Artıq bu məsələdə danışıqlar son mərhələdədir. Bu məsələdə Təhsil Nazirliyi, AFFA və baş sponsorumuz “Azərkimya” dəstək olur. Şəhərimizdə yeni, Avropa tələblərinə cavab verən məktəbin açılışı olacaq. Bundan əlavə, şəhərdə futbol festivalı keçiriləcək. Bu da Sumqayıtda, ölkəmizdə futbolun kütləviliyinə böyük təsir göstərəcək. Uşaqlar arasında turnir olacaq, çoxlu komandalar iştirak edəcək. Hazırda bu festivalın layihəsi hazırlanır. Bunu ictimaiyyətə və federasiyaya təqdim edəcəyik. Sumqayıtda kluba aidiyyatı olmayan çoxlu uşaq komandaları var. Eyni zamanda bu komandalara dəstək olmaq istəyirik. Lazım olan bütün dəstəyi verəcəyik – futbol üçün lazım olan hər şəraiti yaradacağıq ki, onlara yardımçı olaq. Hələ bunadək də Sumqayıtda 3-4 komandaya dəstək veririk. Ancaq növbəti mövsümdən bunu daha böyüdəcəyik.

– Akademiyanın ümumi idarəetməsindən və fəaliyyətindən razısınız?
– Bütün sahələrdə olduğu kimi ideal nəsə yoxdur. Yalan deməyəcəyəm, akademiyada məni qane etməyən detallar var. Amma ümumilikdə razıyam. Akademiya komandalarına heç vaxt məqsəd qoymuruq ki, birinci yeri tutmalısız. Akademiyada belə hədəf olmur. Məqsəd futbolçu yetişdirmək, əsas komandaya kimi onları yüksəltməkdir. Eyni zamanda tək klub yox, milli komanda üçün də futbolçu yetişdirmək lazımdır. U-21 yığmamızın heyətinə son dəvətdə ən çox futbolçu verən “Sumqayıt”dır. Xəyal Fərzullayev, Nadir Orucov, Nihad Əhmədzadə, Sənan Muradlı, Ayxan Süleymanlı. Hamısı klubumuzun yetirmələri, Sumqayıt uşaqlarıdır. Sadəcə, Ayxan 18 yaşında əvəzedicilərdən ibarət komandamıza gəlib. Digər 4 futbolçu öz yetirməmizdir.

– Son sualı belə verim. Millinin nəticələri yaxın zamanda yaxşı mənada dəyişə bilər?
– Əl-ələ verməliyik və bir nöqtəyə vurmalıyıq. Ancaq bu halda millinin uğurlu çıxışı mümkün ola bilər.

– Nə etməliyik?
– Səhvsiz adam yoxdur. Hamımız düzgün işləməyə çalışmalıyıq. Bunu hamı istəyir.

– Millidə əcnəbi, ya yerli məşqçi olmalıdır?
– Buna cavab verməyim düzgün olmaz.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 May 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri