Icma.az
close
up
RU
Bu il magistral neft və qaz kəmərlərindən əldə olunan gəlirlər açıqlandı

Bu il magistral neft və qaz kəmərlərindən əldə olunan gəlirlər açıqlandı

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Bu ilin yanvar-oktyabr ayları ərzində magistral neft kəmərləri ilə 30 milyon 580.7 min ton neft nəql edilib.

Moderator.az xəbər verir ki, nəqletmənin 74.4 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəmərinin payına düşüb. Hesabat dövründə bu kəmər vasitəsilə 22 milyon 760.8 min ton neft ötürülüb.

BTC ilə nəql olunan neftin 85.1 faizi və ya 19 milyon 369.1 min tonu Azərbaycanda hasil edilən neft, 14.9 faizi və ya 3 milyon 391.7 min tonu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft olub.

Magistral qaz kəmərləri ilə 33 milyard 10.6 milyon kubmetr qaz nəql edilib ki, bu da 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0.5 faiz çoxdur. Qazın nəqlinin 58 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu istiqamət üzrə 19 milyard 136.9 milyon kubmetr qaz ötürülüb.

2025-ci ilin yanvar-sentyabr aylarında boru kəmərləri üzrə gəlirlər də açıqlanıb. Neft kəmərləri ilə yük daşınmasından əldə olunan gəlir 764 milyon 511.5 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 793 milyon 319 min manat olub, faizlə ifadədə 3.6 faiz azalma qeydə alınıb.

Qaz kəmərləri ilə yükdaşımadan əldə olunan gəlir isə 2 milyard 71 milyon 837.4 min manat olub. Bu göstərici 2024-cü ilin müvafiq dövründə 1 milyard 999 milyon 5 min manat təşkil edib, faizlə ifadədə 3.6 faiz artım qeydə alınıb.

Bu ilin 9 ayında neft kəmərlərində itkilər 3.8 min ton, ötən ilin eyni dövründə isə 3.5 min ton olub. Qaz kəmərlərində itkilərin həcmi isə 34.6 milyon kubmetr, 2024-cü ildə isə 29.6 milyon kubmetr təşkil edib. Bu ilin 9 ayının göstəricilərini ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə neft kəmərlərində itkilər 8.6 faiz, qaz kəmərlərində isə 16.9 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri