Bu ilin I rübündə pərakəndə ticarət şəbəkəsində 16 milyard manatlıq məhsul satılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 aprel, AZƏRTAC
2026-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927,3 milyon manatlıq, o cümlədən 8 milyard 774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
2026-cı ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 517,2 manatlıq, o cümlədən 284,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 232,3 manatlıq qeyri-ərzaq malları alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















