Icma.az
close
up
RU
Bu kitab 2 min il vaxtını gözlədi və... ən çox satılanlar siyahısına düşdü

Bu kitab 2 min il vaxtını gözlədi və... ən çox satılanlar siyahısına düşdü

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Antik Roma imperatorlarının intriqalar, qalmaqallar və siyasi uğursuzluqlarla dolu həyatını izah edən Suetoniusun "Sezarların həyatı" adlı əsəri, yazılmasından 2 min il sonra yenidən gündəmə gəlib. 

Yarpaq.Az-ın verdiyi xəbərə görə, kitab ingilis dilinə yeni tərcüməsi ilə ən çox satılanlar siyahısına düşməyi bacarıb.  

Latıncadan Tom Holland tərəfindən tərcümə edilən əsər "The Rest Is History" podkastının da təsiri ilə böyük maraq görüb. "Sunday Times" nəşrinin bədii olmayan əsərlər üzrə ən çox satılanlar siyahısına düşən ilk "Penguin Classics" kitabı olub.  

Kitab Yuli Sezardan başlayaraq ilk 11 Roma imperatorunun həyatını təsvir edir. Hollanda görə, Suetoniusun əsərini bu qədər populyar edən amil Romanın qalmaqallarla dolu tarixinin və psixoloji təhlillərinin bu gün də maraq doğurmasıdır.  

Antik Roma xüsusilə Qərb dünyasında həmişə böyük maraq mərkəzi olub. Hollanda görə, bunun əsas səbəbi Roma imperiyasının müasir hakimiyyət strukturlarına təsiridir. ABŞ-ın respublika modeli Romadan ilham alıb və tarix boyu bu sistemin bir gün avtokratik idarəçiliyə çevrilə biləcəyi narahatlığı həmişə mövcud olub.  

Populyar mədəniyyətdə Romaya olan maraq son dövrlərdə "Kişilər Roma imperiyası haqqında nə qədər tez-tez düşünür?" adlı internet trendi ilə yenidən canlanıb. Kitabın uğurunda bu kimi müzakirələrin də rolu olduğu güman edilir.  

Holland, Suetoniusun əsərini "antik Romanın dedi-qodu sütunu" kimi xarakterizə edir. Tarixin ən güclü imperatorlarının sensasiyalı hekayələri kitabda ətraflı şəkildə təsvir olunur.  

"Penguin Press"in nəşriyyat direktoru Stüart Proffitt bildirib ki, əgər II əsrdə bestseller siyahısı mövcud olsaydı, bu kitab mütləq orada yer alardı. Holland isə kitabın satışlarındakı artımın podkast yayımlarının və Suetoniusa olan marağın birləşməsi nəticəsində baş verdiyini düşünür.  

"Penguin Classics", dünyaca məşhur "Penguin Books" nəşriyyatının klassik əsərləri yayımlayan xüsusi seriyasıdır. Antik dövrdən müasir ədəbiyyata qədər geniş bir spektri əhatə edərək, ədəbiyyat, fəlsəfə, tarix və elm kimi sahələrdə əhəmiyyətli hesab edilən əsərləri özündə cəmləşdirir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri