Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə Bakıvaxtı.az ADY-ya istinadən xəbər verir.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.
Biletləri ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və vağzal və stansiya kassalarından əldə etmək mümkündür.

