Bu maz maşına qulluq üçün xərclədiyiniz artıq puldan sizi xilas edəcək FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Avtomobilə qulluq dedikdə, adətən ağıla cilalar, təmizləyicilər və qoruyucu vasitələr gəlir. Lakin mütəxəssislər bildirirlər ki, əksəriyyətin evində tapılan adi “Vazelin” də avtomobilin qorunmasında və baxımında çox təsirli vasitə ola bilər.
Avtosfer.az xəbər verir ki, müntəzəm şəkildə tətbiq edildikdə, “Vazelin” avtomobilin daxili səthlərini qoruyur, yeniləyir və onların uzun müddət parlaq qalmasını təmin edir.
Avtomobillərin salonundakı plastik və dəri səthlər zamanla günəş işığı, temperatur dəyişməsi və toz səbəbindən solğunlaşır və çatlayır. Mütəxəssislərin fikrincə, bu səthlərə nazik bir təbəqə “Vazelin” çəkməklə nəm balansını qorumaq, parlaqlığı artırmaq və materialın qurumasının qarşısını almaq mümkündür. Xüsusilə dəri oturacaqlarda “Vazelin” günəşin quruducu təsirindən qoruyur və səthin yumşaqlığını saxlamağa kömək edir.

Tətbiq qaydası da olduqca sadədir. Əvvəlcə səthi nəm bir parça ilə silərək tozdan təmizləmək lazımdır. Daha sonra təmiz və quru səthə az miqdarda “Vazelin” çəkilir və yumşaq mikrofiber parça ilə dairəvi hərəkətlərlə yayınır. Bir neçə dəqiqə sonra artıq vazelin təmiz parça ilə silinməlidir. Bu prosesin ayda bir dəfə təkrarlanması avtomobilin salonunun həm görünüşünü qoruyacaq, həm də onun istismar müddətini uzadacaq.
Mütəxəssislər bildirir ki, “Vazelin” plastik və dəri səthlərdə istifadəsi üçün tam təhlükəsizdir, lakin şüşə, metal və parça üzərində tətbiq edilməməlidir. Həmçinin, həddindən artıq istifadə səthdə toz yığılmasına səbəb ola bilər. Buna görə də nazik bir təbəqə kifayətdir.
Sadə bir “Vazelin” qabı ilə avtomobilin daxili səthlərini parlaq, təmiz və baxımlı vəziyyətdə saxlamaq mümkündür. Bu həm salonun görünüşünü yaxşılaşdırır, həm də bahalı qulluq vasitələrinə alternativ, sərfəli bir üsul hesab olunur.
Eltac Zülfüqaroğlu


