“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi”
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur”, - nazir qeyd edib.
Onun sözlərinə görə, həmin məktuba cavab olaraq təfsilatlı mövqe ortaya qoyulub və Rusiyaya çatdırılıb: “Bizim əsas gözləntimiz bu məsələnin tezliklə araşdırılmasının başa çatdırılması, kompensasiyaların ödənilməsidir”.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 26 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















