Bu ölkələr Ukraynadan elə şey xahiş etdilər ki… KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları Baltikyanı ölkələrdə yeni tendensiya formalaşdırıb. Belə ki, bu ölkələr Ukraynaya qeyri-adi təkliflə müraciət edərək bomba sığınacaqları almaqda maraqlı olduqlarını bildiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə müsahibəsində Ukraynanın aparıcı müdafiə şirkətlərindən birinin rəhbəri İqor Fedırko danışıb.
“Bəli, bu doğrudur. Bunlar böyük ölkələr deyil. Onlar mümkün Rusiya aqressiyasına qarşı ən yaxşı həll yollarını tapmağa çalışırlar”, – deyə o, bildirib.
Fedırkonun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Baltikyanı ölkələrdə zirzəmi və sığınacaq tipli məkanlara tələbat da əhəmiyyətli dərəcədə artıb.
Eyni zamanda, adı açıqlanmayan Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Vilnüs Avropa İttifaqı proqramı çərçivəsində Ukraynada bomba sığınacaqlarının tikintisinə dəstək verir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 26 May 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















