Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bu, ölkəmizin növbəti zəfəri olacağını sübuta yetirir Şərh

Bu, ölkəmizin növbəti zəfəri olacağını sübuta yetirir Şərh

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“"Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik....”. Bu fikri çox Azərbaycan Prezidenti İlham Əliyev təsadüfən səsləndirməyib. Artıq Prezident İlham Əliyevin bu fikri reallığa çevrilmək mərhələsindədir.

44 günlük müharibədə qələbə qazanan Azərbaycan dövləti Ermənistanın imzaladığı təslim aktında nəzərdə tutulan daha bir geostrateji məqsədə çatmaq üzrədir. Uzun illər beynəlxalq güclər və regional oyunçuların kobud müdaxilələri hesabına Zəngəzur dəhlizinin tikintisinə razılıq verməyən İrəvan artıq mövqeyini dəyişərək kommunikasiyaların açılması məsələsində Bakının irəli sürdüyü variantla barışmağa başlayır. Şübhəsiz, Prezident İlham Əliyevin prinsipial dəst-xətti, həm Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması, həm ATƏT-in Minsk qrupunun ləğvi, həm də nəqliyyat dəhlizlərinin fəaliyyəti məsələlərində qətiyyətli davranışı tək Ermənistanı deyil, onun havadarlarını da Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətində qoyur". 

Bu fikri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib 

Cənubi Qafqazın nəqliyyat konsepsiyasının Bakı tərəfindən müəyyən edildiyini  qeyd edən deputat bildirib ki, ölkəmizin iştirakı və bir çox hallarda təşəbbüsü ilə reallaşan Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu yüksək qiymətləndirilir: "Bir sözlə, coğrafi mövqe və geosiyasi konfiqurasiya respublikamızı regionun nəqliyyat-logistik mərkəzinə çevirir. Orta Dəhliz artıq rəsmən qlobal gündəlikdə həlledici yerini almaqda, bu fonda Azərbaycanın təşviq etdiyi Zəngəzur dəhlizi  həmin marşrutun vacib seqmenti kimi öz statusunu möhkəmləndirməkdədir. 

Təbii, qarşı tərəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya bağlantısının yaradılmasına – kapitulyasiya aktında nəzərdə tutulsa da – hər cür maneçiliklər törədir, bu marşrutun Ermənistanın suverenliyini təhdid altında qoyduğunu iddia edir. İrəvan uzun müddətdir ki, Zəngəzur xəttinin “dəhliz” statusunu qəbul etmir, “eksterritorial ərazi” statusunun sözügedən region üzərində yurisdiksiyanın itirilməsinə gətirib çıxaracağını vurğulayır. Lakin artıq vəziyyət dəyişir və Nikol Paşinyanın son bəyanatları da göstərir ki, ermənilər Bakının prinsipləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına razılıq verəcəklər".

Deputat əlavə edib ki, doğrudur, rəsmi İrəvan bu yanaşmanın ölkədə böyük ajiotaja səbəb olacağını, bütün anti-hakimiyyət qüvvələri – kilsənin, xuntaçıların, diasporun, Rusiyaya bağlı oliqarxların birləşəcəyini, beləliklə də, indiki iqtidarın devrilməsi üçün təhlükə yaranacağını görür:

"Odur ki, bir tərəfdən, opponentlərin zərərsizləşdirilməsi və siyasi səhnədən silinməsinə hesablanmış repressiv tədbirlər həyata keçirilir, digər tərəfdən isə, kommunikasiyaların açılmasının Ermənistanın iqtisadi yüksəlişi üçün şərt olacağı cəmiyyətə təlqin edilir. Birləşmiş Ştatların Türkiyədəki səfiri Tom Barakın “Zəngəzur dəhlizinin 32 kilometrlik hissəsi 100 il müddətinə Amerika şirkətinə icarəyə verilə bilər” bəyanatına Ermənistan baş nazirinin reaksiyası dəhliz məsələsinin fundamental şəkildə İrəvanın gündəminə oturduğunu və sülh sazişi üçün real zəmin yarandığını təsdiqləyir. Məsələn, Paşinyan bildirir ki, Azərbaycanın əsas hissəsi ilə Naxşıvanı birləşdirən Zəngəzur yolu xüsusi şirkətə verilə bilər, üstəlik Ermənistanda buna bənzər təcrübə də var. Belə ki, “Zvartnots” hava limanı, Ermənistanın su-təchizat sistemi və digər istiqamətlər üzrə beynəlxalq şirkətlərlə əməkdaşlıq nümunələri Zəngəzur xətti üçün də bu perspektivi yaradır. Baş nazir ermənilərin təbliğ etdiyi “Sülh kəsişməsi” layihəsində də icarə məsələlərinin yer aldığını deyərək, bunu erməni xalqına xəyanət deyil, onun gələcəyinə qarant kimi səciyyələndirir. 

Bununla belə, məğlub ölkədə bu məsələyə çox ciddi müqavimət hiss olunur. Radikal qanad Azərbaycanın konstitusiya dəyişikliyi, Minsk qrupunun ləğvi tələblərinə Zəngəzur dəhlizinin açılmasını da əlavə etməsini rəsmi İrəvanın fiaskosu adlandıraraq əhalini, eləcə də, anti-Paşinyançı qüvvələri birləşməyə və çevrilişə getməyə stimullaşdırır. Daşnaklar deyirlər ki, baş nazir Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən dəhliz verməklə ölkəni təhlükəli istiqamətdə aparır. Üstəlik, qeyri-regional dövlətlərin İranla sərhədə gətirilməsi sabitliyə, sülhə və kommunikasiyaların açılmasına töhfə verməyəcək. Sabiq xarici işlər naziri Vardan Oskanyana görə isə, Paşinyanın Zəngəzur ərazisindən “dəhliz” çəkilməsinə razılıq verməsi Ermənistanın öz əraziləri üzərində suveren nəzarəti digər qüvvələrə təslim etdiyi anlamına gəlir. İndiki hakimiyyətin erməni xalqına sağalmaz zərbələr vurduğunu deyən keçmiş diplomat hesab edir ki, bu hökumət Ermənistanın gələcəyinin qurulmasında iştirak etməməlidir. Bu arada, ermənilərə məxsus bəzi Teleqram-kanalları araşdırma apararaq müəyyən ediblər ki, Ermənistan ərazisindən tranzit reallaşarsa, oradan əldə olunan gəlir yerli sakinlərə deyil, amerikalı şirkətə gedəcək. Ona görə də hakimiyyətin kommunikasiyaların açılmasının haylara uğur gətirəcəyi haqda dedikləri utopiyadır. Üstəlik, dəhlizi tikmək də lazımdır, mövcud dağlıq ərazilər şəraitində isə bunu etmək o qədər də asan deyil".  

Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması perspektivlərinə və ABŞ-nin Türkiyədəki səfirinin 100 illik icarə ilə bağlı təklifinə regional oyunçular – Rusiya və İranın da yanaşması maraq doğurur. Özünü artıq qatı anti-Azərbaycançı kimi təsdiqləyən İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyir ki, Tehran İrəvanın Avropa dövlətləri ilə əlaqələrini gücləndiməsini İranın maraqlarına zidd hesab etmir. "Ermənistanı “vicdanlı qonşu” adlandıran səfir nədənsə, bu “vicdanlı qonşu”nun Zəngəzur dəhlizinin açılması ilə bağlı indiki mövqeyinə “İranın qırmızı cizgisi” kimi baxmır, halbuki, həmin Sobhani Azərbaycanın prinsipial siyasətinə etiraz olaraq dəfələrlə “Ermənistanın sərhədlərinin dəyişdirilməsi İranın qırmızı cizgisidir” açıqlamasını vermişdi. Digər qonşu – Rusiyada da Zəngəzur dəhlizi ətrafında gedən diskussiyalardan açıq narahatlıq ifadə olunur. Rusiya siyasi dairələri xəbərdarlıq edirlər ki, ABŞ-nin Ermənistan və Azərbaycan arasındakı dəhlizi icarəyə götürməsi blef yox, artıq reallıqdır. Bu isə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə Rusiya sərhəd qüvvələrinin nəzarət etməsi perspektivinin birdəfəlik dəfni deməkdir. Ona görə də 32 kilometrlik ərazinin amerikalılara verilməsi ehtimalı şimal dövlətini yeni təsir mexanizmləri formalaşdırmağa sürükləyə bilər ki, bu da bölgə üçün yeni təhdidlər yaranacağı deməkdir",- o vurğulayıb. 

Perspektiv və gözləntilər, regional tərəqqiyə  gəldikdə deputat bildirib ki, nüfuzlu təhlil mərkəzləri Zəngəzur marşrutunun bəzi üstünlükləri barədə də məlumat verirlər:
"Məsələn, Forbes nəşrinə görə, ABŞ-nin sözügedən dəhlizə sərmayə qoyması illik 50-100 milyard dollar həcmində ticarət gəliri təmin etsə də, Qafqazda yeni qaynar münaqişə ocağının yaranmasını şərtləndirə bilər. “Bloomberg” isə yazır ki, xəttin fəaliyyətə başlaması Avropa və Asiya arasındakı tranziti 12-15 gün qısaldacaq. Nəticədə İran tranzit rolunu 20-30 faiz, Rusiya isə 10 il ərzində 10-20 milyard dollar gəlir və Qərb enerji bazarlarına təsir imkanlarını 10-15 faiz itirə bilər.  

Bəzi dairələr hələ də amerikalı diplomatın 100 illik icarə ilə bağlı bəyanatının təsadüfi xarakter daşıdığını düşünür. Lakin ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun son bəyanatı görünür, məlum təşəbbüsə “Trampın blefi” kimi yanaşanları məyus edəcək. Çünki, Departament bir daha bildirir ki, ABŞ Cənubi Qafqazda sülhün və stabilliyin qorunmasına dəstəyini artıracaq və bölgədəki hadisələrin inkişaf dinamikasına nəzarət edəcək. Əgər bura prezident Donald Trampın “Ermənistan və Azərbaycan, biz orada möcüzə yaratdıq və sülh sazişi məsələsində məqsədə yaxınıq” ifadəsini də əlavə etsək, Zəngəzur dəhlizi məsələsində amerikan modelinin gec-tez İrəvan tərəfindən qəbul ediləcəyini qətiyyətlə söyləmək olar. Bu isə Prezident İlham Əliyevin Qələbə proqramı və Azərbaycanın dövləti maraqlarının bir-bir təmin edildiyi tezisi ilə üst-üstə düşür. Beləliklə, yeni reallıqlar ölkəmizin zəfər epopeyasının daha bir tarixi hadisə müstəvisində davam etdiyini sübuta yetirir".

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri