Bu oyunun adı nədir, siz deyin Futbolmu, şoumu, tamaşamı?
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqası zövq verir.
Yüksək sürətli oyunlar, dolu tribunalar, əla atmosfer, bənzərsiz arenalar.
Di gəl, bundan sonra öz yerli liqamıza bax. Əgər əlbəttə, səbrin çatıb baxa biləcəksənsə. Düzdür, istədik-istəmədik, bəzi oyunları zorla da olsa izləyirik. İşimiz budur. İnsafən, yaxşı, səviyyəli matçlar da az deyil. Amma reallıqda İngiltərə liqasından Azərbaycan liqasına keçid edəndə adamı yuxu basır.
Hərçənd Peşəkar Futbol Liqasının çempionatın səviyyəsinin inkişafı istiqamətində müsbət işləri var. Son nümunə canlı efirdə gördüyümüz texnoloji yeniliklərdir. Əla! Kaş ki futbol sistemimizdə olan hamı insanları tribunalara gətirmək, onlarda çempionata marağı artırmaq üçün əlini daşın altına qoyardı.
Nə isə.
İngiltərədə "Mançester Yunayted" yeni baş məşqçi Maykl Karrikin gəlişindən sonra əla bir uğur seriyasına başlayıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi hər üç oyunda qalib gəlib: əvvəl Qvardiolanın "Mancester Siti"sinə (2:0), sonra Artetanın lider "Arsenal"ına (3:2), dünən isə "Fulhem"ə (3:2). İndi onlar artıq 4-cü yerdədir: Çempionlar Liqası zonasında.
Qələbə qolunun sevinci
Təsəvvür edin, "Fulhem"lə matçda 85-ci dəqiqəyə qədər hesab 2:0 "MY"nin xeyrinə idi. 90+1-ci dəqiqədə tabloda rəqəmlər oldu 2:2. 90+4-cü dəqiqədə isə "qırmızı şeytanlar" qələbə qolunu vurdular - 3:2.
İndi belə bir oyunun adı nədirsə, siz deyin: futbolmu, şoumu, tamaşamı? Əfsanəvi "Old Trafford"dakı bu matçın adı hər nədirsə, belə bir trilleri izləmək həqiqətən əsl həftəsonu istirahətidir.
Və məsələ budur ki, bu cür bənzərsiz matçlar İngiltərədə hər həftə bir yox, bəzən bir neçə oyunda yaşanır!
“Mançester Yunayted”ə gəlincə, necə deyərlər, artıq əfsanə geri dönməlidir!
Aydın Bağırov
(Feysbuk paylaşımı)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















