Icma.az
close
up
RU
Bu piylər ürək sağlamlığı üçün təhlükəlidir Gizli yerlərdə yığılırlar

Bu piylər ürək sağlamlığı üçün təhlükəlidir Gizli yerlərdə yığılırlar

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son araşdırmalar göstərir ki, əzələlər arasında yığılan piylər ürək xəstəlikləri və 2-ci tip şəkərli diabet riskini artırır.

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Boston şəhərindəki Qadın Xəstəxanasının ilə Harvard Tibb Fakültəsinin alimləri tərəfindən aparılan araşdırma, əzələlərdə yığılan piyin birbaşa ürək sağlamlığına təsir etdiyini ortaya çıxarıb.

669 nəfər üzərində aparılan tədqiqatın nəticələrinə əsasən, əzələlərdə piy faizi artdıqca kiçik qan damarlarının zədələnmə riski də yüksəlir.

Mütəxəssislər bildirirlər ki, bu təhlükəli piy yığıntıları insanın çəkisi ilə müəyyən edilə bilmir. Bədən Kütlə İndeksi (BMI) aşağı olan insanlarda belə əzələlər arasında artıq piy toplana bilər. Araşdırmaya rəhbərlik edən Professor Viviani Taquetinin sözlərinə görə, eyni BMI göstəricisinə sahib şəxslərdə əzələlərdəki piy faizi 5%-dən 25%-ə qədər dəyişə bilər.


Tədqiqatçılar müəyyən ediblər ki, əzələlərdəki piy miqdarı hər 1% artdıqda, ürək xəstəliyi riski 7% yüksəlir. Bu piy yığıntıları qanda qlükozanın artmasına səbəb olaraq damarların daralmasına və ürəyin qanı effektiv şəkildə vurmasını çətinləşdirə bilər.


Professor qeyd edib ki, dərinin altındakı piyin ürək xəstəlikləri ilə əlaqəsi daha azdır: "Lakin daxili orqanlar ətrafında və əzələlərdə toplanan piylər bədənə hormonlar və kimyəvi siqnallar göndərərək metabolizmanı poza bilər”.


Araşdırmalara görə, yaş artdıqca əzələlərdəki piy miqdarı da yüksəlir. Bu isə hərəkət məhdudiyyətinə və əzələ zəifləməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, müntəzəm fiziki aktivlik əzələlərdəki piy səviyyəsini azaltmağa kömək edə bilər. Floridadakı "Advent Health Translational Research Instituteun"un elmi direktoru  Bret Qudpasterin sözlərinə görə, arıqlama və idman proqramlarında iştirak edən insanlar əzələlərindəki artıq piydən xilas olurlar.

Hazırda əzələlərdəki piyin miqdarını müəyyən etmək üçün yüksək texnologiyalı tibbi müayinələr tələb olunur. Ancaq alimlər hesab edirlər ki, sağlam qidalanma, müntəzəm idman və balanslı çəki saxlamaq əzələlərdə zərərli piyin yığılmasının qarşısını ala bilər.

Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri