“Bu platforma Türkiyənin yaşıl inkişaf məqsədlərinə böyük töhfə verəcək”
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin sənaye və texnologiya nazirinin müavini Məhəmməd Kasım Gönüllü Azərbaycanın paytaxtı Bakıda COP29 tədbirlərini yüksək qiymətləndirib. O, COP29 çərçivəsində təşkil olunan Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masanın çox səmərəli keçdiyini deyib.
SİA-nın məlumatına görə, nazir müavini COP29-un təşkilatçılığını çox bəyəndiyini də vurğulayıb.
Məhəmməd Kasım Gönüllü Türkiyənin karbonsuzlaşma platforması üzərində işlədiyini bildirib və bu platformanın Türkiyənin yaşıl və davamlı inkişaf məqsədlərinə çatmasına böyük töhfə verəcəyini əlavə edib.
Türkiyə ilə Azərbaycan arasındakı yaşıl rəqəmsallıq sahəsində yüksək səviyyəli əməkdaşlıqdan da söz açan M.Gönüllü iki ölkə arasında bu sahədə mövcud əlaqələrin daha da dərinləşdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 17 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















