Icma.az
close
up
RU
Bu qətnamə riyakarlığın bariz nümunəsidir

Bu qətnamə riyakarlığın bariz nümunəsidir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 11-də Azərbaycanda işə başlayan və dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələri bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam etməsi ölkəmizin dünya miqyasında nüfuzunun günbəgün daha artmasının və qlobal əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməsinin sübutudur.

Məhz bu amillər, xüsusilə də ərazi bütövlüyünü və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına yerinə yetirən Azərbaycanın yürütdüyü müstəqil və prinsipial xarici siyasət kursu Ermənistanın əsas havadarı Fransa və onun "çətiri" altında olan, diktəsi ilə hərəkət edən "cırtdan" Lüksemburq kimi dövlətləri ölkəmizə qarşı riyakar əməllərə sövq edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirlər açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Deputat vurğulayıb ki, bu xüsusda, Lüksemburq parlamentində ölkəmizə qarşı yönəlmiş qətnamə siyasi riyakarlığın bariz nümunəsi olmaqla, erməni lobbisinin maliyyə dəstəyi və Fransanın diktəsi ilə hərəkət edən, fəaliyyətlərində ikili standartları rəhbər tutan Lüksemburq parlamentarilərinin ikiüzlü siyasətini bir daha təsdiqləyir.

Qətnamədə yer almış əsassız, heç bir məntiqə sığmayan yalan iddialar bir daha göstərir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dönəmdə azərbaycanlılara qarşı törətdiyi ağır cinayətlərə, soyqırımına, ərazilərimizin vəhşicəsinə viran qoyulmasına, tarixi, mədəni, dini abidələrimizin məhv edilməsinə, təbii ehtiyatlarımızın talan olunmasına, ekoloji cinayətlərə, öz dədə-baba yurdu olan indiki Ermənistan ərazisindən didərgin salınmış həmvətənlərimizin fundamental hüquqlarının pozulmasına onilliklər boyu göz yuman Lüksemburq parlamentariləri erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda "yarışa" qoşulublar.

"Prezident İlham Əliyev noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılış mərasimində və noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışları zamanı ölkəmiz əleyhinə səfərbər olan bu riyakar qüvvələrə tutarlı şəkildə cavab verdi.

Lüksemburq parlamentinin qərəzli qətnaməsini qəti şəkildə qınayır və bu ölkənin parlamentarilərini belə riyakar əməllərdən çəkinməyə çağırırıq. Reallıqdan uzaq olan bu şəxslər nəhayət anlamalıdırlar ki, qlobal miqyasda etibarlı tərəfdaşa çevrilən və Prezident İlham Əliyevin mükəmməl liderliyi sayəsində hədəflərinə uğurla çatan Azərbaycanla hədə dilində, amiranə tərzdə danışmaq heç bir nəticə verməyəcək", - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri