Icma.az
close
up
RU
Bu qidalar qəbizlikdən xilas edir

Bu qidalar qəbizlikdən xilas edir

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu  bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir - yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar, cola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf ("herkules") və darı yarmalarından hazırlanmış  sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.

Sıyıqlara təzə və qurudulmuş meyvələri (alma, ərik, qara qavalı, əncir, kişmiş) də əlavə etmək olar. Misal üçün: kişmişi axşamdan isti suda isladın. Səhər yulaf yarmasından sıyıq bişirin. Sıyığa axşamdan isladılmış kişmiş əlavə edin.

3. Müxtəlif tərəvəz salatları bağırsaqları yaxşı işlədir.

Çuğunduru bişirin, sürtgəcdən keçirin, xırda doğranmış qara qavalı qurusunu və zeytun yağı əlavə edin.

Kök, kələm, alma (hamısı çiy vəziyyətdə), göyərti doğrayın, zeytun yağı və 1/2 limon şirəsini  əlavə edin.

Bolqar bibəri, xiyar, pomidor, göyərti doğrayın, xırda doğranmış yağı az olan ağ pendir və zeytun yağı əlavə edin.

4. Yağı az olan süd məhsulları (kefir, yoqurt, xama və s.) bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulları sizin menyunuzda hər gün olmalıdır. Uzunsürən qəbizlik zamanı ən təsirli vasitələrdən biri - 1 stəkan kefir + 1 xörək qaşığı zeytun yağı. Qarışdırın və yavaş-yavaş için.

5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Meyvə quruları axşamdan isti suda isladın, səhər isə sıyıqlara əlavə edin. Alınmış şirəni isə için.

Meyvə quruları termosda dəmləmək daha yaxşıdır. Hərəsindən 5 dənə olmaqla qara qavalı, əncir, ərik qurusu, 1 ovuc kişmiş götürün və 2-litrlik termosda qaynar su ilə dəmləyin. Dəmləmə çox dadlı alınır. Bu dəmləməni içdikdə ora 1 çay qaşığı bal əlavə etmək olar.

6. Çobanyastığı dəmləməsi bağırsaqlara çox yaxşı təsir edir, köpdən və qazlardan xilas edir. 1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin, süzün və axşam yatmazdan əvvəl 1/2 stəkan olmaqla için. Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Çobanyastığı dəmləməsi həm də insanın sinir sisteminə müsbət təsir edir, sakitləşdirir. Nəzərinizə çatdıraq ki, qəbizlik isə bir çox hallarda insanlarda stresin fonunda inkişaf edir.

7. Buğda kəpəyi bağırsaqlarınfəaliyyətinə çox müsbət təsir edir. 1 xörək qaşığı buğda kəpəyi axşamdan 1 stəkan suda isladın, səhər qarışdırın və için. Buğda kəpəyini həmçinin müxtəlif salatlara, suplara əlavə etmək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri