Icma.az
close
up
RU
Bu rayonlara yeni baş həkimlər təyin olundu

Bu rayonlara yeni baş həkimlər təyin olundu

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına Natiq Əliyev, Qusar Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Yardımlı Rayon Mərkəzi Xəstəxanasına Ravil Qənbərov, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına isə Xəqani Abasov rəhbərlik edəcək.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək N.Əliyev ixtisasca infeksionistdir və yeni təyinata qədər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək İ.Qurbanov isə ixtisasca cərrahdır və yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində fəaliyyət göstərib. Yardımlı Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru R.Qənbərov yeni təyinata qədər eyni tibb müəssisəsinin İlkin səhiyyə xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edəcək X.Abasov isə ixtisasca terapevtdir və yeni təyinatınadək Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətə nəzarətin idarə olunması üzrə mütəxəssis olaraq çalışıb.
Eyni zamanda Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkim vəzifəsini, Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.

Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini K.Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini - baş həkimi S.Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini F.Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini E.Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri