Icma.az
close
up
RU
Bu savaşda hər yazıçı öz atasını “öldürür”... Harold Blumun ən böyük dərsi nə idi?

Bu savaşda hər yazıçı öz atasını “öldürür”... Harold Blumun ən böyük dərsi nə idi?

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün tanınmış amerikalı ədəbiyyatşünas Harold Blumun anım günüdür.
Kulis.az bu münasibətlə Orxan Həsəninin "Blum kim idi?" essesini təqdim edir.

Harold Blum adını eşidəndə çoxlarının ağlına dərhal “Qərb kanonu” gəlir. Amma Blum təkcə kitabların arasında ömür sürən adi bir akademik deyildi. Blum ədəbiyyatla məşğul olmağı ibadətə çevirmişdi.

Ona görə, ədəbiyyat insan ruhunda gedən əbədi mübarizənin canlı ifadəsi idi.
Blumun ən məşhur əsərlərindən biri olan “Təsirin narahatlığı” ədəbiyyat nəzəriyyəsinə yenilik gətirmişdi. O iddia edirdi ki, yaxşı yazıçılar “heçdən” yaranmır, yarana bilməz.

İstər-istəməz, özündən əvvəlkilərin kölgəsində yazır, gücü onlardan alır. Amma bu kölgə eləcə təqlid deyil, belə demək mümkündürsə, mübarizədir. Necə mübarizə?
Gənc şair öz ədəbi əcdadı ilə savaşdadır, ondan qurtulmaq, öz səsini tapmaq, özünü var eləmək istəyir. Blum bunu psixoanalitik dillə desək, “Edip tipli münasibət” kimi yozurdu: gənc şair öz ədəbi əcdadını həm sevir, ona valeh olur, həm də onu aşmaq, məhv etmək istəyir.
Daha dəqiq ifadə etsək, Blumun bu ideyası psixoloji və poetik düşüncəni birləşdirirdi. O, ədəbiyyatı sadəcə sosial hadisə kimi yox, daxildə baş verən dramatik savaş kimi nəzərə alırdı və bu savaşda hər yazıçı atasını “öldürərək” öz mənsubiyyətini tapırdı. Bu, Freydin “oğul və ata” münasibətinin ədəbiyyata proyeksiya olunmuş forması idi.
XX əsrin ikinci yarısında tənqid dünyası marksist, feminist və poststrukturalist nəzəriyyələrlə dolub-daşırdı. Hər kəs ədəbiyyatı ideologiya, sinif və ya cinsiyyət kontekstində oxuyurdu.

Blumun isə ürəyi həqiqi ədəbiyyat atəşi ilə döyünür, buna qarşı çıxırdı. O yazırdı: “Ədəbiyyatın enerjisi onun özündədir. O, başqa sahələrdən qidalanmır, özündən qidalanır.”
Bu iddia tənqidçiliyə tamamilə fərqli bir istiqamət gətirdi. Əvvəllər tənqidçilər əsərləri sosial, tarixi və ya ideoloji baxımdan analiz edirdilər.

Bluma görə, ədəbiyyat ədəbiyyatdan doğurdu. Yəni bir şairi başa düşmək üçün onun hansı şairə işarə, reaksiya, cavab verdiyini tapmaq lazımdır.
Blum sonradan “Qərb kanonu” əsərində bu ideyalarını daha da genişləndirdi. O, Şekspiri, Danteni, Servantesi, Miltonu, Tolstoyu və digər müəllifləri “insan ruhunun sütunları” adlandırırdı.
Bu kitabda o, müxtəlif qüvvələrin xoşuna gəlməyən sərt bir fikir səsləndirdi: “Ədəbiyyat bərabərlik meydanı deyil. Bəzi yazıçılar var ki, digərlərindən daha böyükdürlər və bunu ideoloji deyil, estetik səbəblərlə qəbul etməliyik.”
Blumun fikrincə, ədəbiyyat bizə “düzgün düşünməyi” yox, “daha çox düşünməyi” öyrədir. O, ədəbiyyatı siyasətdən, cinsi və ya etnik mənsubiyyət mübarizələrindən ayırmaq istəyirdi.

Bəziləri onu “elitar”, “köhnə məktəb”, “qərb mərkəzli” adlandırsa da, Blum sadəcə sənətin müstəqilliyini qorumağa çalışırdı və deyirdi ki, böyük əsər universal olur. Əgər bir əsər sənin ruhuna toxunursa, deməli, o, sənin kanonundadır.
Onun üçün kanon siyasi məsələ deyildi, estetik məsələ idi. Blum inanırdı ki, gözəlliyin də, dahiliyin də öz məntiqi var. Bunu sosial ədalət ölçüləri ilə müəyyən etmək olmaz.
Bluma görə, oxumaq bir növ meditasiya idi. O, kitablarla “yaşayırdı”. Deyirdi ki, “mənim ailəm Şekspir, Dante, Çoser və Uordsvortdur.”
Nə qədər pafoslu səslənsə də, bu fikirlər Blumun ədəbiyyata sevgisini tamamilə ifadə edir.
Blumun dünyagörüşü humanizmə yaxın idi. O inanırdı ki, kitablar insanın özünü tanımasının ən qədim və ən güclü vasitəsidir. “Ədəbiyyat bizə başqasının təcrübəsini yaşamağı öyrədir,” – deyirdi, – “amma eyni zamanda, öz daxili sakitliyimizlə üz-üzə qalmağı da.”
Blumun yazı üslubu çətin, poetik idi. Amma dəyişməyən bircə şey vardı: o, hər sətirdə insan ruhunun böyüklüyünü müdafiə edirdi. Hətta ölümünə yaxın illərdə belə, kitab yazmaqdan əl çəkmədi. Səksən yaşında yeni müəlliflər haqqında yazır, Şekspiri yenidən oxuyurdu.
Harold Blum mənə daim xatırladır ki, kitablar eləcə “mətn” deyil, ruhumuzun aynasıdır.
Və bəlkə də, Blumun ən böyük dərsi budur: ədəbiyyat heç vaxt ölmür, o, insanın içində nəfəs alır.
Hər dəfə bir kitabı əlimizə alanda, bir şairin misrasını ucadan oxuyanda, bir obrazı xatırlayanda Blumun arzuladığı o “canlı ədəbiyyat kainatına” daxil oluruq.

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir "Kızılcık şerbeti" serialının ssenaristi həbs olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri