Icma.az
close
up
RU
Bu şəxslər işləmədən maaş alacaq KONKRET

Bu şəxslər işləmədən maaş alacaq KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Boşdayanma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, istehsalat, texniki, iqtisadi və ya qarşısıalınmaz səbəblərdən müəssisədə fəaliyyətin müvəqqəti olaraq dayandırılması halıdır.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu proses zamanı Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci və 2-ci hissələrinə uyğun olaraq, işçinin iradəsindən asılı olmayan səbəblər baş verdikdə, işəgötürən işçiyə ştat üzrə tarif maaşının ən azı 2/3 hissəsini (66,6%-ni) ödəməyə borcludur.

Yəni işin dayanmasında işçinin heç bir təqsiri yoxdursa, o, maaşının maksimum 1/3 hissəsini (33,3%-ni) itirir, qalan 2/3 hissəsini isə Məcəllənin tənzimləməsinə əsasən mütləq alır. Elektrik kəsintisi, avadanlıq qəzası, xammal qıtlığı, sifarişlərin azalması və ya təbii fəlakət kimi halların hamısı təqsirsiz boşdayanma sayılır və 169-cu maddəyə əsasən 2/3 ödəniş qaydasına tabedir.

Əgər işin dayanması Əmək Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən birbaşa işçinin intizamı pozması, qaydaları tapdaması və ya avadanlığı sıradan çıxarması səbəbindən baş veribsə, həmin müddət üçün ona heç bir əməkhaqqı ödənilmir. Boşdayanma dövründə rəhbərlik Əmək Məcəlləsinin 62-ci və 169-cu maddələrinin ruhuna uyğun olaraq işçilərin iş yerində olmasını məqsədəuyğun saymayaraq onları müvəqqəti olaraq evə göndərə bilər.

İşçinin evə göndərilməsi onun Əmək Məcəlləsinin 128–130-cu maddələrində nəzərdə tutulan ödənişsiz məzuniyyətə çıxarılması demək deyildir və evdə olduğu müddətdə də 169-cu maddəyə əsasən 2/3 ödəniş hüququ tam saxlanılır. İşçini boşdayanma adıyla öz hesabına (ödənişsiz) məzuniyyət ərizəsi yazmağa məcbur etmək Əmək Məcəlləsinin 130-cu maddəsinin tələblərinin və əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Bu prosesin hüquqi müstəvidə tanınması üçün işəgötürən Əmək Məcəlləsinin 173-cü maddəsinə və kargüzarlıq qaydalarına uyğun olaraq başlama vaxtını göstərən akt tərtib etməli və rəsmi əmr çıxarmalıdır. Rəsmi əmrdə boşdayanmanın konkret səbəbi, əhatə etdiyi işçilər, onların evə göndərilib-göndərilməməsi və Əmək Məcəlləsinin 169-cu maddəsinə istinadən ödəniş şərtləri dəqiq göstərilməlidir.

İşçinin şifahi şəkildə “iş yoxdur, evə get” deyilərək göndərilməsi və ayın sonunda maaşının kəsilməsi qanunsuzdur; rəsmi əmr olmadıqda bu hal Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən işəgötürənin təqsiri sayılır və işçiyə maaşı tam (100%) ödənilməlidir. İşəgötürənin alternatif olaraq Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçini onun razılığı olmadan, 1 ay müddətinə müəssisə daxilində başqa işə keçirmək hüququ vardır.

Əmək Məcəlləsinin 60-cı maddəsinin 2-ci hissəsinə əsasən başqa işə keçirildiyi zaman işçiyə yeni iş üzrə əməkhaqqı ödənilir, lakin bu məbləğ onun əvvəlki orta əməkhaqqından az ola bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri