Bu şəxslər maaşları qədər pensiya alacaq
Icma.az bildirir, Yenisabah portalına istinadən.
"Əmək pensiyaları haqqında” Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur.
“Yeni Sabah”ın araşdırmasına görə, bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hakimlərə, deputatlara və müharibə əlillərinə şamil edilir.
Maaşın 100 faizi həcmində pensiya alan kateqoriyalar pizza sifarişi
Hərbi xidmət və ya xüsusi qulluq vəzifələrini yerinə yetirərkən xəsarət alması və ya xəstələnməsi nəticəsində I qrup əlilliyi müəyyən olunmuş hərbi və xüsusi rütbəli şəxslərə pensiya onların xidmətdən azad edildiyi günə olan təminat xərcliyinin tam həcmində hesablanır.
Məhkəmə hakimləri haqqında normativ aktlara əsasən, səlahiyyət müddətində sağlamlıq vəziyyətinə görə vəzifədən azad olunan və ya yaş həddinə çataraq istefaya çıxan hakimlər üçün saxlanılan əməkhaqqı əsasında tam həcmdə ödəniş nəzərdə tutulur.
Maaşın 80 faizi həcmində pensiya alan kateqoriyalar
Tələb olunan minimum qulluq stajını toplayaraq pensiyaya çıxan dövlət qulluqçularının qulluq stajına görə əlavələrlə birgə pensiyası onların orta aylıq əməkhaqqının maksimum bu həddində tənzimlənir.
Milli Məclisin sabiq deputatları, İnsan Hüquqları üzrə Müvəkkil, Mərkəzi Seçki Komissiyasının və Audit Palatasının üzvləri üçün ödənilən qulluq stajı əlavələri də vəzifə maaşının 80 faizi həddini keçməmək şartilə müəyyənləşdirilir.
Qanunla müəyyən edilmiş uzunmüddətli xidmət illərini tamamlayan hərbi qulluqçuların, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının pensiyaları qulluq stajından asılı olaraq təminat xərcliyinin 80 faizinədək artırılır.
Hərbi xidmət və ya müharibə ilə əlaqədar II qrup əlilliyi təyin olunmuş şəxslərin pensiya təminatı da sonuncu təminat xərcliyinin 80 faizi miqdarında hesablanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:278
Bu xəbər 20 Oktyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















