Bu şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda bəzi hallarda vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq oluna bilər.
Vəkillər Kollegiyasının üzvü, vəkil Emil Aslanov Modern.az saytına açıqlamasında bildirib ki, vətəndaşın üzərində hər hansı bir mülki öhdəliyi varsa, ya da haqqında cinayət təqibi gedirsə, bu halda çıxışa qadağalar qoyulur. Mülki məsələlərdə borc məsələsidirsə, borcunu ödədikdən sonra, qadağa üzərindən götürülə bilər.
“Həmçinin, cinayət işi üzrə, istintaq dövrü müddətində ölkədən gedə bilməz. Qanunla məhkum olması barədə məhkəmə işi olarsa, məhkumluğu bitdikdən sonra, çıxış qadağası ləğv edilə bilər. Şərti icazəli cəzalara da aid edilir”, – o qeyd edib.
Vəkil vurğulayıb ki, qanunvericilikdə, şəxsin ömürlük çıxışına qadağa qoyulması barədə, fikirlər təsbit olunmayıb? “İstisna o halda, ola bilər ki, vətəndaş cəzasından boyun qaçırır( borcu ödəmir, qaçıb-gizlənir)”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Mart 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















