Icma.az
close
up
RU
Bu şəxslərin sürücülük vəsiqəsi LƏĞV OLUNACAQ Azərbaycanda YENİLİK

Bu şəxslərin sürücülük vəsiqəsi LƏĞV OLUNACAQ Azərbaycanda YENİLİK

Icma.az, News24 portalına istinadən məlumat verir.

Son zamanlar yaşlı sürücülərin sağlamlıq durumuna nəzarət məsələsi aktuallaşıb. Bəzi ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada müəyyən yaş həddindən sonra sürücülük vəsiqəsinin yenilənməsi üçün tibbi müayinədən keçmək məcburidir. Azərbaycanda da 65 yaşdan sonra sürücülərin mütəmadi tibbi müayinəyə cəlb olunması ilə bağlı müzakirələr aparılır. 

Azərbaycanda da 65 yaşdan sonra sürücülük vəsiqəsinin ləğvi və ya sürücülərin mütəmadi tibbi müayinəyə cəlb olunması ilə bağlı müzakirələr var. Tibbi araşdırmalara görə, yaş artdıqca insanın reaksiya sürəti azalır, görmə və eşitmə qabiliyyətində zəifləmə müşahidə olunur. Bundan əlavə, bəzi yaşlı insanlarda xroniki xəstəliklər (ürək-damar problemləri, şəkərli diabet, parkinson, demensiya və s.) onların sükan arxasında təhlükəsiz hərəkət etməsini çətinləşdirə bilər. 

Bəs bu qərar nə dərəcədə zəruridir? Yaşlı sürücülər üçün əlavə nəzarət tədbirləri yol təhlükəsizliyinə necə təsir edər və Azərbaycanda bu praktika istifadə oluna bilərmi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov News24.az-a açıqlamasında bildirib ki, yaş artdıqca insanların sağlamlığında müəyyən problemlər yaranır və bu, onların sürücülük qabiliyyətinə təsir edə bilər:

"Kimisində görmə məhdudiyyəti, kimisində müvazinət və digər sağlamlıq problemləri ortaya çıxa bilər. Əgər bu kimi hallar varsa, 65 yaşdan yuxarı şəxslərin təkrar müayinədən keçməsi mümkündür. Hazırda sürücülük vəsiqəsi verildikdən sonra onun 10 ildən bir yenilənməsi qaydası mövcuddur. Bu sistemin təkmilləşdirilməsinə və əlavə düzəlişlər edilməsinə ehtiyac var. Çünki avtomobil idarə etmək böyük məsuliyyətdir".

Aslan Əsədov qeyd edib ki, yaşlı sürücülərə nəzarət məsələsi bir çox ölkədə tətbiq olunur və Azərbaycanda da bu təcrübədən faydalanmaq olar:

"Dünya ölkələrinin təcrübəsinə baxmaq lazımdır. Məsələn, Yaponiya və Çində bu kimi praktikalar artıq tətbiq olunur. Azərbaycana gəldikdə isə əvvəlcə müəyyən araşdırmalar aparılmalıdır. Ölkədə 65 yaşdan yuxarı sürücülərin ümumi sürücülər içində neçə faiz təşkil etdiyini müəyyənləşdirmək lazımdır. Əhali strukturuna nəzər salsaq, kifayət qədər orta yaş qrupuna malikik. Bundan əlavə, Azərbaycanda insanlar o qədər də uzunömürlü deyil və 65 yaşdan yuxarı insanların əksəriyyəti avtomobil idarə etməyə meyilli olmur".

Ekspert qeyd edir ki, problemi həll etmək üçün yaş faktoru deyil, sağlamlıq göstəriciləri nəzərə alınmalıdır:

"Yaş artdıqca insanın görmə, eşitmə, reaksiya sürəti və diqqət qabiliyyəti zəifləyə bilər. Bu isə qəza risklərini artıra bilər. Bununla yanaşı, bəzi yaşlı sürücülər uzun illərin təcrübəsinə malik olduqları üçün daha ehtiyatlı davranır və yol hərəkəti qaydalarına ciddi əməl edirlər. Bu səbəbdən, avtomatik olaraq bütün yaşlı sürücülərə məhdudiyyət tətbiq etmək düzgün yanaşma sayılmır".

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Aprel 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see347

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see163

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see160

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see160

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see159

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see153

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see149

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see141

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see139

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see136

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri