Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Survivor dan qazancı məlum oldu

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Azər Qasımlının məhkəməsi başlayıb

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

Putin Ərdoğana təşəkkür edib

Yaponiyada güclü zəlzələ baş verib

Xameneyi: Döyüş başlayır

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

Yenidən B seriyasında işləyəcək

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

“BU, SÜLH SAZİŞİ DEYİL... ”Ermənistanın məqsədi digər məsələləri arxa plana keçirməkdir”

“BU, SÜLH SAZİŞİ DEYİL... ”Ermənistanın məqsədi digər məsələləri arxa plana keçirməkdir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Biz hazırda Azərbaycan və Ermənistan arasında çərçivə sənədinin razılaşdırılmasından danışırıq. Ermənistan tərəfi isə bilərəkdən bu sənədin mahiyyətini şişirdir. Çünki məqsədləri digər məsələləri arxa plana keçirməkdir”.

"AzPolitika" bilfirir ki, bu sözləri “Reytinq” qəzetinə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

Onun sözlərinə görə, öncə nəzərə almaq lazımdır ki, bəhs edilən sənəd Azərbaycan tərəfinin Ermənistana təklifi əsasında hazırlanıb. Yəni Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında bu prosesə start verilib. Üstəlik, bunlar beynəlxalq hüququ və BMT prinsiplərini özündə ehtiva edir.

Keçmiş nazir bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda bir çox insanlar sənədin mahiyyətini fərqli formada təqdim edir, hətta bunu sülh sazişi kimi qələmə verənlər də var: “Amma indiki halda biz ilkin və ya çərçivə sənədindən bəhs edirik. Sülh sazişi isə son mərhələdə əldə ediləcək və ya imzalanacaq sənəd ola bilər”.

T. Zülfüqarov qeyd edib ki, çərçivə sənədinin mahiyyəti bəyanata yaxın olsa da, bəzi şəxslər bilərəkdən onu şişirdir

“Məsələn, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hazırda sərhədlər müəyyən edilibmi? Və yaxud Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır. Tapıbmı? Eyni zamanda təhlükəsilik məsələləri. Təzminat məsələləri də var. Bəzi xəbərlərə görə, Ermənistan tərəfi müəyyən sənədləri geri çəkməyib. Bunlar həyata keçirilməlidir. Çərçivə sənədi bu baxımdan bir sıra məsələlərin həlli üçün çərçivə yaradır. Qısası, ilkin və yekun sənəd var. İndi biz ilkin sənəddən bəhs edirik, yekun sənəd isə sülh sazişi olmalıdır. Yəni indi bizim müzakirə etdiyimiz çərçivə sənədidir, sülh sazişi deyil. Sülh sazişi üçün hələ çox iş görülməlidir. Bunu bilməyənlərə məsləhət görürəm ki, diplomatiya lüğətinə baxsınlar. Çünki bu məsələlər orada qeyd edilib və bu nəzəriyyə əsasında işlər görülür”,- deyə sabiq nazir əlavə edib.

T. Zülfüqarov deyib ki, Ermənistan bilərəkdən ilkin sənədin mahiyyətini qabardır: “Çünki düşünürlər ki, bu yolla digər mövzuları gündəmdən çıxarırlar. Guya bununla məsələ bitdi. Əsas məsələlər sırasında sərhədlərin müəyyən edilməsi, dəhlizin açılması, təhlükəsizlik, təzminat kimi məsələlər var. Eyni zamanda “münaqişənin siyasi məsuliyyətini kim daşıyır”, – məsələsi də mövcuddur. Sözsüz ki, cinayət törədən insanların məsuliyyəti də var. Bunlar həllini tapmalıdır. Bunun üçün də çərçivə sənədi vacibdir”.

Müsahibimiz diqqətə çatdırıb ki, əslində çərçivə sənədinin razılaşdırılması hər iki ölkənin Xarici İşlər nazirlikləri tərəfindən bəyanatla yekunlaşdırıla bilər: “Yəni tərəflər qeyd edirlər ki, ilkin sənədi razılaşdırıblar və oradakı prinsiplər əsasında işin davam etdirilməsinə dair siyasi iradə mövcuddur. Bunun üçün Vaşinqtona və ya Moskvaya ehtiyac yoxdur. Ümumiyyətlə, bizim işimiz, vasitəçilər olmadan, Ermənistanla qarşı-qarşıya oturub məsələləri həll etməkdir”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see274

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see139

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see130

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see122

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see121

Azər Qasımlının məhkəməsi başlayıb

18 İyun 2025 17:46see118

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see117

24 il sonra ilk: ABŞ ın “Qiyamət günü təyyarəsi”... Video

18 İyun 2025 17:37see117

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see116

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see115

Xameneyi: Döyüş başlayır

18 İyun 2025 08:53see115

UNFCCC in Katibliyinin üzvü: COP29 un sədrliyi COP30 un Gündəliyinin qəbul olunmasında körpü rolu oynadı

18 İyun 2025 07:01see115

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see115

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see114

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see114

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see113

Həkim: “Coca Cola Zero” infarkt və insult riskini artıra bilər

18 İyun 2025 08:06see113

Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq

18 İyun 2025 17:36see112

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see111

Tofiq Musayev: Kiminləsə döyüşdən imtinanı özümə yaraşdırmıram

18 İyun 2025 11:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri