Icma.az
close
up
RU
Sülh sazişi Ermənistanın bu addımına görə gecikir?

Sülh sazişi Ermənistanın bu addımına görə gecikir?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın Azərbaycana qarşı uzun illərdir həyata keçirdiyi mina terroru bu gün də davam etməkdədir. Birinci Qarabağ müharibəsi dövründə, hətta İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı müddətdə Ermənistanın fəaliyyətlərinə baxdıqda, onun hansı riyakar mövqedə dayandığını açıq şəkildə görmək mümkündür”.

Bu fikirləri hərbi ekspert Azər Bayramov Metbuat.az-a açıqlamasında Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsindən danışarkən deyib.

O bildirib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı dəfələrlə Ermənistana xəbərdarlıq etsə də, Ermənistan bu məsuliyyətdən boyun qaçırır:

“Beynəlxalq hüquqa əsasən, istər “Cenevrə Konvensiyası”, istər “Haqa Konvensiyası”, istərsə də piyada əleyhinə minalardan istifadəyə qadağa qoyan “Ottava Anlaşması” çərçivəsində Ermənistan öz öhdəliklərini yerinə yetirmir. Halbuki İkinci Qarabağ müharibəsindən sonra Ermənistan beynəlxalq hüquqa görə altı ay müddətində həmin minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməli idi. İlkin mərhələdə bu xəritələrin Ermənistanda mövcud olmadığını bildirdilər. Bu, növbəti yalan və riyakarlıq idi. Çünki daha sonra bəlli oldu ki, onların müəyyən ərazilərə dair mina xəritələri və formulyarları var və bir neçəsini Azərbaycan tərəfinə təqdim etdilər. Amma təqdim olunan xəritələrdə ümumilikdə 20-25 faiz uyğunluq var idi ki, bu da minalardan təmizlənməsinə ciddi fayda vermədi”.

Ekspert Ermənistanın yalnız minalanmış ərazilərin təmizlənməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməməklə kifayətlənmədiyini qeyd edib:

“Biz yeni ərazilərin minalandığını da İkinci Qarabağ müharibəsindən sonra müşahidə etdik. Azərbaycan tərəfi humanitar məqsədlərlə Qarabağda yerləşən ermənilərə yol vermişdi, amma onlar bu yoldan öz təxribatçı fəaliyyətləri üçün istifadə etdilər. 2021-ci ilə məxsus istehsal ili olan minaların yenidən Azərbaycan ərazilərində basdırdılar. Antiterror tədbirləri zamanı biz bir daha gördük ki, ümumilikdə 100 kilometrə yaxın ərazini Ermənistan tərəfi yenidən minalayıb. Bu isə onu göstərir ki, Ermənistanın bu təxribatçı fəaliyyətlərinin arxasında hansı niyyətin dayandığı aydındır. Eyni zamanda Azərbaycana qaytarılan dörd kənddə də minalanma işlərinin aparıldığını müşahidə etdik. Ümumilikdə Ermənistan yalnız Azərbaycana qarşı deyil, həm də təbiətə, ekologiyaya və bəşəriyyətə qarşı cinayətkar fəaliyyətlərini davam etdirir. Təəssüf ki, bu məsələyə beynəlxalq ictimaiyyət və prosesə nəzarət edən beynəlxalq təşkilatlar yetərincə reaksiya vermir, Ermənistanın bu təxribatçı davranışına qarşı xəbərdarlıq və təzyiq göstərmirlər”.

A.Bayramovun sözlərinə görə, ermənilərin təxribatları bütün dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. "Ottava Anlaşması"na görə, minaların yalnız istifadəsi deyil, istehsalı da qadağandır:

“Dünyada bu təşəbbüsə 150-yə yaxın ölkə qoşulub. Amma Ermənistan bu prosesdən imtina edib. Daha da irəli gedərək demək olar ki, hazırda dünyada iki yüzdən artıq dövlət mövcuddur, amma cəmi 12 ölkə mina istehsal edir və bu dövlətlərdən biri də Ermənistandır. Bu da erməni xislətini bir daha açıq şəkildə nümayiş etdirir. Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərinin təmizlənməsi istiqamətində ciddi addımlar atılır. Cənab Ali Baş Komandanın tapşırığına əsasən, Azərbaycan Ordusunun nəzdində yeni mühəndis bölmələri yaradılıb və bu qərar prosesin daha sürətli həyata keçirilməsinə töhfə verir. Hazırda minalardan təmizləmə işləri ilə Azərbaycan Ordusu, ANAMA və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məşğuldur. Bu proses təhlükəsizlik baxımından olduqca həssas və zaman tələb edən məsələdir. Azərbaycan bu sahədə ixtisaslaşmış xarici şirkət və dövlətlərlə əməkdaşlıq edir, yeni texnika və avadanlıqlar ölkəyə gətirilir. Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət və təşkilatların bu sahədə dəstəyi çox zəifdir. Bu da onların ikiüzlü və riyakar siyasətini bir daha sübut edir. Azərbaycan isə öz gücü hesabına bu prosesi davam etdirməkdədir. Bu günə qədər verilmiş qərarlar və atılmış addımlar gələcəkdə ərazilərimizin minalardan tam təmizlənməsinə ciddi töhfə verəcək”.

Hərbi ekspert mina xəritələrinin sülh prosesinin gedişinə təsirindən də danışıb. Onun sözlərinə görə, sülh sazişinin əldə olunması ilə bağlı danışıqlarda bu məsələ prioritet tələblər arasında yer almasa da, faktiki olaraq prosesə ciddi təsir göstərir.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri