Icma.az
close
up
RU
Bu tələbələrə təhsil haqqında güzəştlər edilə bilər…

Bu tələbələrə təhsil haqqında güzəştlər edilə bilər…

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda ödənişli təhsil alan minlərlə tələbəni maraqlandıran əsas suallardan biri gələcək illərdə təhsil haqları ilə bağlı hər hansı güzəşt mexanizmlərinin tətbiq olunub-olunmayacağıdır. Mövcud vəziyyət və beynəlxalq təcrübələr fonunda bu məsələ yenidən gündəmə gəlib. Bəs, gələcək illərdə ödənişli təhsil alan tələbələr üçün hər hansı güzəşt mexanizmlərinin tətbiqi nəzərdə tutulurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, yerli tələbələr üçün ödənişli təhsildə ciddi güzəştlər mövcud deyil. Onun sözlərinə görə, ABŞ və Kanada kimi ölkələrdə mövcud olan mexanizmlər Azərbaycanda da tətbiq edilsə, bu, təhsil sisteminə müsbət təsir göstərə bilər.

Ekspert qeyd edib ki, həmin ölkələrdə ali məktəbə qəbul olunan tələbənin təhsil haqqı, məsələn, 10 min dollar olduqda, bunun 50 faizi ilkin olaraq tələbə tərəfindən ödənilir. Qalan 50 faiz isə tələbənin akademik göstəricilərinə uyğun şəkildə hesablanır.

“Əgər tələbə əvvəlki semestrdə yüksək nəticə göstəribsə, topladığı bala uyğun olaraq təhsil haqqına ciddi endirimlər tətbiq olunur. Məsələn, 100 bal üzərindən 80 bal toplayan tələbəyə müvafiq güzəşt edilir, 95 bal toplayan tələbə isə qalan məbləğin cəmi 5 faizini ödəyir. Bu sistem tələbələr arasında sağlam rəqabət yaradır və onları daha yaxşı oxumağa təşviq edir”, – deyə R.Nurəliyev vurğulayıb.

Onun fikrincə, bu cür mexanizmin Azərbaycanda, xüsusilə özəl ali təhsil müəssisələrində tətbiqi effektiv nəticələr verə bilər. Lakin bu zaman nəzarət mexanizmlərinin də güclü olması vacibdir.
Ekspert əlavə edib ki, hazırda beynəlxalq təcrübədən yalnız müəyyən sahələrdə – yol-nəqliyyat güzəştləri və tələbə yataqxanaları ilə bağlı məsələlərdə qismən istifadə olunur. Halbuki əsas güzəşt mexanizmi məhz təhsil haqqı ilə bağlı olmalıdır.

Ramin Nurəliyev region ali təhsil müəssisələrində təqaüdlərin artırılmasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tələbələrin əsasən Bakıya axın etməsi paytaxtda sıxlıq yaradır:

“Xüsusilə Bakıdan olan tələbələrin region universitetlərinə yönləndirilməsi üçün xüsusi təqaüdlər təqdim olunmalıdır. Hazırda rayonlardan olan tələbələri regionlarda saxlamaq mümkündür, amma Bakıdan olan tələbələri rayona cəlb etmək çətindir. Bu istiqamətdə stimullaşdırıcı addımlar atılsa, balans daha düzgün qurular”.

Ekspert hesab edir ki, bu cür təşviqedici mexanizmlər həm region universitetlərinin inkişafına, həm də ölkə üzrə təhsil sisteminin daha səmərəli təşkilinə töhfə verə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri