Icma.az
close
up
RU
Budapeştdə mühüm masa qurulur Azərbaycan hansı gedişləri edəcək?

Budapeştdə mühüm masa qurulur Azərbaycan hansı gedişləri edəcək?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 20–21 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin qeyri-rəsmi Zirvə Toplantısı keçiriləcək. Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə tədbirdə iştirakı gözlənilir.

Zirvə öncəsi beynəlxalq kontekstdə diqqətçəkən başqa bir məsələ isə Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya ölkələrinə ayıracağı 12 milyard dollarlıq paketdir. Bəzi analitiklər bu təşəbbüsü Aİ-nin bölgədə nüfuzunu artırmaq və TDT ölkələri arasında siyasi çəki balansını dəyişmək cəhdi kimi qiymətləndirirlər. Bu baxımdan, Budapeştdə keçiriləcək zirvənin zamanlaması və gündəliyi təkcə regional deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Budapeştdə əvvəlcədən planlaşdırılmış görüşdə mühüm regional və qlobal məsələlər müzakirə olunacaq:

“Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür və təşkilatda mühüm rola malikdir. Prezident İlham Əliyevin sözügedən tədbirdə iştirakı gözlənilən idi. Səfər çərçivəsində TDT çərçivəsində əlaqələrin dərinləşdirilməsi, nəqliyyat, enerji, investisiyalar və digər aktual məsələlər müzakirə olunacaq”.

Sultan Zahidov

Politoloq həmçinin Avropa İttifaqı (Aİ) ilə əlaqələrə də toxunub:

“Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin Avropa İttifaqının siyasi platformasında keçirdiyi görüşlər bu qurumla münasibətlərin normallaşdığını göstərir.

Bu, göstərir ki, həm Türkiyə, həm də Azərbaycanın Aİ ilə münasibətləri normal məcraya dönür. Siyasi münasibətlər artıq bərpa olunub. Aİ-nin Mərkəzi Asiya istiqamətində açılımı isə gözlənilən idi. Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqı alternativ enerji və nəqliyyat marşrutlarına ehtiyac duyur, əlavə resurslar əldə etmək istəyir”.

Sultan Zahidov əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 550 və 541 saylı qətnamələrinin gündəmə gətirilməsi məsələsi siyasi kontekstdə qiymətləndirilə bilər:

“Bu qətnamələrin vurğulanması bəzi dairələr tərəfindən siyasiləşdirmə kimi qiymətləndirilə bilər. Burada daha çox Türkiyə və Yunanıstan arasında olan tarixi və siyasi ziddiyyətlərin təsiri hiss olunur”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri