Icma.az
close
up
RU
Büdcənin neftdən asılılığı nə qədərdir?

Büdcənin neftdən asılılığı nə qədərdir?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır". 

Bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq ki, bu da cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur: 

"Bununla da, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülən hissəsi 88 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcəkdir. 

Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Bu daxilolmaların 3,6 milyard manatı konsorsiumlar və ARDNŞ-in, 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür". 

S.Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərində artım hesabına 2026-cı ildə fonddan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azalacaq: 

“Bu amil Dövlət Neft Fondunun ehtiyatlarının qorunması strategiyamıza tam uyğundur”. Beləliklə, cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq. 

Həmçinin, nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır: 

"Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. 

Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir”. 

“Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, hazırkı məlumatlar və büdcə proqnozlarına əsaslanaraq, Azərbaycan dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının hələ də yüksək olduğunu söyləmək olar: 

“2026-cı il büdcəsi üzrə proqnoza görə, dövlət gəlirlərinin 43%-i birbaşa neft-qaz sektorundan gəlir, 57%-i isə rəsmi olaraq qeyri-neft sektoru kimi göstərilir. Lakin bu 57% qeyri-neft gəlirləri tam real “qeyri-neft” deyil. Buraya bir sıra neft gəlirləri də daxil edilir. Məsələn, SOCAR və xarici neft şirkətlərinin ödədiyi vergilər, neft ixracı və neft-logistika ilə bağlı gəlirlər, neftdən əldə edilən investisiya mənfəətləri, qaz və mazutdan istehsal edilən elektrik enerjisindən gələn gəlirlər və s. 

Bu gəlirlər bəzən təsnifat zamanı “qeyri-neft sektoru” kimi göstərilir. Nəticədə, büdcədəki qeyri-neft payı rəsmi statistikada yüksək görünə bilər, amma real mənada neft-qazdan birbaşa və dolayı asılılıq hələ də 60%-dən çoxdur”. 

Akif Nəsirli vurğulayıb ki, büdcənin artıq neftdən tam asılı olmadığını söyləmək olmaz: 

“Vətəndaşlar “büdcəmiz artıq neftdən asılı deyil” fikrinə qapıla bilərlər, amma reallıqda neftdən asılılıq hələ də yüksəkdir. Ümumilikdə, büdcə proqnozu optimist mövqedən hazırlanıb, neft qiyməti yuxarı səviyyədə götürülüb, inflyasiya və manatın sabit məzənnəsi isə real risklərdən asılıdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri